Azərbaycan Respublikası Mərkəzi Bankının www.cbar.az domen adlı İnternet saytı, icmaldan da göründüyü kimi bir sıra bölmələr üzrə dolğun olsa da başqa bölmələr üzrə ümumiyyətlə bilgi yoxluğu baxımından bir qədər ziddiyyətli təsir bağışlayır. Düzdür, bilgiləri olan bəzi bölmələrdə bir zənginlik nəzərə çarpsa da, başqa bölmələr haqqında bunu demək olmaz. Yəni sayt həm dolğundur, həm də qüsurlu. Ancaq o da nəzərə alınmalıdır ki, saytın texniki imkanları onun ən qısa zamanda təkmilləşdirilməsinə imkan verir. Elə bunu nəzərə alaraq aşağıda təkmilləşdirmə ilə bağlı bəzi tövsiyələrimizi təqdim edirik.
1. Qurum haqqında bilgilər dolğun olmasına baxmayaraq bu bilgilər sırasına ona daha öncə başçılıq etmiş şəxslər barədə informasiyaların əlavə edilməsi yaxşı olardı.
2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaqdan ötrü onlayn müraciət forması və quruma gəlmək üçün ictimai nəqliyyat barədə də bilgi verilməsi gərəklidir.
3. Qurumun struktur vahidlərinin səlahiyyət çərçivələri barədə də bilgilərin saytda yer alması tövsiye olunandır.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bilgilər dolğun və mükəmməldir.
5. Cari informasiyalar məsələsində saytda qurumdaxili əmr və sərəncamlar, onların reyestri, həm də qurumun icra etdiyi proqram və layihələr barədə də bilgi verilməsi zəruridir.
6. Şəffaflıq baxımından büdcə ilə bağlı məsələlər haqqında informasiyaların təqdim edilməsi yaxşı olardı.
7. Saytda həmçinin qurumun təklif etdiyi pullu xidmətlər və onlardan istifadə üsulları barədə də bilgilərin yer alması lazımlıdır.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
9. Sahə işçilərinin əmək haqları barədə eyni sözləri demək olar.
10. Vətəndaşların qəbul qaydaları, qəbuldan imtinanın əsasları və qəbulla bağlı mübahisələrin həlli yolları barədə də bilgi təqdim edilməsinə ehtiyac duyulur.
11. Tender və yarışmaların sonucları, mübahisələrin həlli yolları barədə də bilgilərin əlavə olunması tövsiyələr sırasındadır.
12. Yaxşı olardı ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilər təqdim edilsin.
13. Saytın texniki imkanları sırasına abunə və onlayn müraciət forması əlavə etmək vacibdir.