Azərbaycan Milli Elmlər Akademiyasının www.elm.gov.az domen adlı İnternet saytı sahəyə aid faydalı resurs olmaqla bərabər ölkənin ilk belə saytı olması baxımından da diqqəti çəkir. Saytda, icmaldan da göründüyü kimi, bir sıra bölmələr üzrə gərəkli bilgilər yer alsa da bəzi bölmələr üzrə heç bir bilgi olmaması diqqətdən qaçmır. Düzdür, funksionallıq baxımından saytı normal hesab etmək olar. Ancaq bu o demək deyil ki, sayt tam olaraq tələbatlara cavab verir. Gəlinən qənaət ondan ibarətdir ki, bu sayt da təkmilləşdirilməlidir. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik.
1. Qurum haqqında bilgilər bölməsi dolğun olduğu üçün tövsiyəyə ehtiyac yoxdur.
2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaqdan ötrü quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgi verilməsi yaxşı olardı.
3. Qurumun strukturunu sxem şəklində də təqdim etmək lazımdır. Bundan başqa struktur vahidlərinin səlahiyyət çərçivələri barədə də bilgi verilməlidir.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bilgilər tam və dolğun olduğu üçün heç bir tövsiyəyə gərək yoxdur.
5. Qurumun cari fəaliyyəti barədə bilgilər sırasına qurumdaxili əmr və sərəncamlar, onların reyestri, icra edilən proqram və layihələr barədə də ayrıca bilgi əlavə edilməsi tövsiyə olunur.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında informasiyalar təqdim edilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgilər təqdim edilməsi vətəndaşlar üçün gərəkli olan informasiyalardandır.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
9. Sahə işçilərinin əmək haqları barədə eyni sözləri demək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
11. Tender və yarışmalar haqqında bilgilərin saytda əks olunması gərəklidir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilərin təqdim edilməsi zəruridir.
13. Yaxşı olardı ki, saytın texniki imkanları sırasına onlayn müraciət forması da əlavə edilsin.