Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti www.absheron.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti  www.absheron.gov.az domen adlı İnternet resursu ilkin görünüş olaraq normal görünsədə informasiyalar baxımından və bir sıra bölmələr üzrə bilgi çatışmazlığı baxımından da, təəssüf ki, diqqət çəkir. Xüsusən də şəffaflıq baxımından gərəkli olan büdcə bilgiləri, tender və yarışmalar, işə qəbul, vətəndaşların qəbulu məsələlərində saytda heç bir bilgi yoxdur. Ümumi hesabla 12 bölmədən yalnız 4-du üzrə bilgi var ki, bu da yetərli sayıla bilməz. Bütövlükdə sayt aşağıdakı kimi görünür.

1.    Rayon haqqındakı bilgilər kifayət qədər sayılsada qurum haqqındakı bilgilər demək olar ki, çox kəsaddır. Qurumun tarixi, qanunverici əsasları saytda əks olunsada səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri əks olunmur. Quruma başçılıq etmiş şəxslər barədə isə çox qısa melumat verilir.
 
2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları verilir. Lakin quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında,  bilgi verilmir.

3.    Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumat verilsədə digər vəzifəli şəxslər haqqında heç bir bilgi yoxdur.

4.    Qurumun rəhbəri və quruma daha öncə rəhbərlik etmiş şəxslər barədə ad və soyadlar xaricində heç bir bilgi verilmir. Həmçinin digər heç bir vəzifəli şəxs barədə də bilgi yoxdur. Bundan başqa rəhbər şəxslərin qəbul günləri haqqında məlumat verilsədə  birbaşa əlaqə vasitələri baxımından heç bir bilgi yoxdur.

5.    Cari informasiyalar baxımından demək olar ki, sayt çox geridə qalır. Saytdakı ən son məlumat 18 oktyabr 2011-ci il tarixə aiddir. 

6.    Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi yoxdur.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında heç bir bilgi yoxdur.

8.    Boş iş yerləri və işə qəbulla bağlı bilgilər barədə vəziyyət yuxarıdakı kimidir.

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.    Vətəndaşların qəbulu ilə bağlı yalnız qəbul günləri və saatları əks etdirilir.

11.    Tender və yarışmalar haqqında hər hansı bilgi verilmir.

12.    Saytın texniki imkanları orta səviyyədədir. Onlayn müraciət forması təqdim olunsada abunə imkanı verilmir.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV