Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Milli Məclisinin www.meclis.gov.az domen adlı İnternet saytının monitorinqi TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Milli Məclisinin www.meclis.gov.az ünvanlı İnternet saytı, icmaldan da göründüyü kimi bir qədər daha təkmil şəkildə təqdim edilsə də orada xeyli bilgi çatışmazlığı da müşahidə edilməkdədir. Düzdür, funksionallıq və istifadə rahatlığı baxımından sayt istifadəçiləri təmin edəcək həddədir. Ancaq bunu özəlliklə də qurumun özünə aid olan bir sıra bilgilərin təmin edilməsi baxımından demək olmaz. Yəni saytın tərkibinin zənginləşdirilməsinə, daha doğrusu onun uyğun qanunun tələbləri səviyyəsinə yüksəldilməsinə gərək var. Bunu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi təqdim edirik:

1.    Qurumun özü haqqında bilgilər yetərli hesab edildiyinə görə hər hansı tövsiyə irəli sürməyə gərək duyulmur.

2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanının sxemini də təqdim etmək lazımdır. Həm də avtobus nömrələrinin dəyişməsini nəzərə alaraq bu göstərici üzrə bilgilərin yenilənməsinə ehtiyac var.

3.    Qurumun strukturunun ümumi sxeminin təqdim edilməsi yaxşı olardı.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə imkanları sırasına qurumun rəhbəri ilə də əlaqə imkanlarının daxil edilməsi gərəklidir.  

5.    Yaxşı olardı ki, qurumun cari fəaliyyəti haqqında informasiyalar sırasına qurumdaxili əmr və qərarlar, onların reyestri, həyata keçirilən proqram və layihələr barədə bilgilər də əlavə olunsun.

6.    Ümumi dövlət büdcəsi haqqında bilgilərin təqdim edilməsi vacibdir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər bölməsində həmçinin onlayn müraciət forması, təklif edilən xidmətlər və elektron xidmətlər haqqında məlumatların da əks etdirilməsi yaxşı olardı.   

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər də təqdim edilməsi vacib olan informasiyalardandır.

9.    Sahə işçilərinin əmək haqları barədə də eyni sözləri demək mümkündür.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında verilmiş olan qəbul günləri haqqındakı bilgilər, təbii ki, yetərli deyil. Təqdim edilməsi vacib olan bilgilər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qulluqçusunun etika qaydaları haqqındadır.

11.    Şəffaflığın təmin edilməsi baxımından tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında ayrıntılı bilgi verilməsi zəruridir.

12.     Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyət haqqındakı bilgilər sırasına həmçinin Milli Məclisin özünə aid fəaliyyətlərinin də əks olunması vacibdir.

13.    Saytın texniki imkanlarının yetərli sayıla biləcək həddə olduğundan əlavə tövsiyəyə ehtiyac duyulmur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV