Azərbaycan Respublikası Milli Məclisinin www.meclis.gov.az ünvanlı İnternet saytı əvvəlki müşahidələrimizlə müqayisədə, əlbəttə ki, bir qədər təkmilləşib. Ancaq bu heç də o demək deyil ki, sayt yetərincə təkmil durumdadır. Burada gərəkli bəzi bilgilər tam olaraq təqdim edilsə də çatışmayan bilgilər də az deyil. Saytın funksionallığı arzu olunan səviyyədədir. Bununla belə tərkib baxımından bu sözləri demək imkanımız yoxdur. Özəlliklə də büdcə, tenderlər, işə qəbul kimi çox önəmli məsələlərlə bağlı hər hansı bilgiyə rast gəlmək mümkün deyil. Ümumilikdə isə sayt aşağıdakı kimi görünür:
1. Qurum haqqında bilgilər sırasında qurumun tarixi, rəhbərləri və kollegiya haqqında qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında məlumatlar öz əksini tapıb. Bunu üçün də bu bölmə üzrə bilgilər yetərli sayıla biləcək qədərdir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilib. Lakin qurumun ünvanının marşrut və sxemi əks olunmur.
3. Qurumun strukturu haqqında bilgilər verilib. Burada çatışmayan yalnız qurumun strukturunun ümumi sxemidir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından bilgilər təqdim edilsə də qurumun rəhbəri ilə əlaqə imkanları haqqında bilgi verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiyalar, quruma aid olan hər cür başqa cari informasiyalar, təqdim olunur. Təqdim olunmayan informasiyalar isə qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr haqqındadır.
6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgiyə rast gəlinmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər sırasında isə onlayn müraciət forması, təklif edilən xidmətlər və elektron xidmətlər haqqında heç bir məlumat nəzərə çarpır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında da təəssüf ki, heç bir bilgiyə rast gəlinmir.
9. Sahə işçilərinin əmək haqları ilə bağlı bilgilərədə yuxaridakı sözləri şamil etmək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri haqqında isə yalnız qəbul günləri haqqında bilgi verilib.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı heç bir bilgi yoxdur.
12. Qurumun qanunverici hakimiyyət qolu olmasına baxmayaraq norma- (qanun)yaratma fəaliyyəti haqqında Milli Məclisin özünə aid hər hansı bilgi verilmir.
13. Saytın texniki imkanları baxımından abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı və sayt daxilində axtarış təqdim olunduğundan bu məlumatları yetərli saymaq olar.