Xarici İşlər Nazirliyinin www.mfa.gov.az ünvanlı İnternet saytı, icmaldan da göründüyü kimi, heç də arzu olunan səviyyədə təşkil edilməmişdir. Ən adi bilgilərin belə bəzən çatışmaması bu saytın sadəcə “İnformasiya əldə etmək haqqında” qanunun tələbləri ilə heç bir formada əlaqələndirilmədiyindən xəbər verir. Saytda informasiya çatışmazlığının olması ilk baxışdan nəzərə çarpır. Bununla belə düşünürük ki, onun təkmilləşdirilməsi üçün imkanlar hələ də qalmaqdadır və bunu nəzərə alaraq aşağıda bir sıra tövsiyələrimizi diqqətə çatdırırıq:
1. Qurum haqqındakı bilgilər yetərli səviyyədə olduğundan tövsiyəyə gərək duyulmur.
2. Ziyarətçilərin əks əlaqəsinin yaxşılaşdırılması baxımından qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün ictimai nəqliyyat barədə də bilgilər verilməsi zəruridir.
3. Qurumun strukturu haqqındakı bilgilər sırasına qurumun strukturunu sxemi və struktur bölmələrinin rəhbərləri ilə əlaqə imkanları haqqında ayrıntılı bilgilərin təqdim edilməsinə ehtiyac duyulur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə üçün əlavə edilməsi gərəkli olan informasiyalar: struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanı, həmçinin struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarıdır.
5. Qurumun cari fəaliyyəti haqqında əks etdirilmiş bilgilərlə bərabər qurumdaxili əmr və qərarlar və onların reyestri barədə məlumatların da əks etdirilməsi vacibdir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası təqdim edilməsi vacib olan bilgilərdəndir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar sırasına həmçinin elektron xidmətlər, onlayn müraciət imkanı və qaynar xətt nömrəsinin təqdim edilməsi də zəruridir.
8. İşə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanlar və onların arxivinin də təqdim edilməsi zəruri olan bilgilərdəndir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi yaxşı olardı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) təqdim edilməsi vacib olan bilgilərdəndir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı da eyni sözləri demək mümkündür.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barə də bilgilərin əks etdirilməsinə ehtiyac duyulur.
13. Saytэn texniki imkanlarэ sэrasэna abunə və əks əlaqə üçün onlayn formanın da daxil edilməsi tövsiyə olunur.