Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti www.agdam-ih.com domen adlı İnternet resursunun zəngin məlumatlarla yanaşı kasad məlumatların da zənginləşdirilməsi baxımından bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Rayon haqqındakı bilgilərlə yanaşı qurumun özü haqqında, quruma daha öncə də başçılıq etmiş şəxslər və onların bioqrafiyaları barədə də bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin saytda yer alması yaxşı olardı.
3. Qurumun strukturunun sxemi ilə yanaşı struktur rəhbərləri haqqında bilgilərin əlavə edilməsi tövsiyə olunur.
4. Rəhbər işçilər haqqında ətraflı bilgilər və onlarla əks əlaqə imkanları barədə də bilgilərin saytda yerləşdirilməsi yaxşı olardı.
5. Cari informasiyalarla yanaşı qurumdaxili əmrlər, sərəncamlar, qərarlar və rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında da bilgilərin əks etdirilməsi gərəklidir.
6. Büdcə ilə bağlı bilgilər əks etdirilməsi gərəkli olan informasiyalardandır.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgi verilməsinə gərək duyulur.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də saytda öz əksini tapması gərklidir.
9. Ən azından qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər sırasına əlaqə vasitələrinin də əlavə olunması yaxşı olardı.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması, günün tələbinə uyğun olaraq daha çevik hala gətirilməsi və abunə imkanının da daxil edilməsi tövsiyə olunur.