Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti www.agdam-ih.com domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Ağdam Rayon İcra Hakimiyyəti  www.agdam-ih.com domen adlı İnternet resursu bəzi məlumatlar baxımından zəngin olsa da bəzi lazımlı məlumatlar baxımından isə çox kasaddır. Xüsusən də quruma daha öncə rəhbərlik etmiş şəxslər haqqında, şəffaflıq baxımından gərəkli olan büdcə bilgiləri, tender və yarışmalar, işə qəbul, vətəndaşların qəbulu məsələlərində saytda heç bir bilgi yoxdur. Həmçinin sayt çeviklik baxımından da geridə qalır. Saytın ümumi halı aşağıdakı kimidir.

1.    Rayon haqqındakı tam və dolğun bilgilər saytda öz əksini tapır. Lakin qurum haqqındakı bilgilər barədə belə demək mümkün deyil. Çünki qurum haqqında olan yeganə məlumat  icra hakimiyyətinin başçısı haqqındakı ətraflı bilgilərdir. Quruma daha öncə başçılıq etmiş şəxslər barədə isə nəinki məlumat heç adları qeyd olunmayıb.
 
2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları və yazılı müraciət imkanı verilir. Lakin quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında,  bilgi verilmir.

3.    Qurumun strukturu haqqında sxem təqdim olunsa da struktur rəhbərləri haqqında heç bir bilgi təqdim edilmir.

4.    Rəhbər və rəhbər işçilər haqqında verilən bilgilər sırasında yalnız icra hakimiyyətinin başçısının bioqrafiyası və rəhbər işçilərin qəbul günləri və saatları haqqındakı bilgilərdir. Təəssüf ki, quruma daha öncə başçılıq etmiş şəxslər, indiki səlahiyyətli şəxslər haqqında və onlarla əks əlaqə imkanları haqqında heç bir bilgi təqdim olunmayıb.

5.    Cari informasiyalar baxımından sayt normal sayıla bilər. Lakin qurumdaxili əmrlər, sərəncamlar, qərarlar və rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər təqdim edilmir.

6.    Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi saytda əks etdirilmir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında da eyni sözləri demək mümkündür. 

8.    Boş iş yerləri və işə qəbulla bağlı bilgilər barədə vəziyyət yuxarıdakı kimidir.

9.    Təəssüf ki, qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.    Vətəndaşların qəbulu ilə bağlı yalnız qəbul günləri və saatları əks etdirilir. Əks əlaqə imkanları barə bilgilər isə təəssüf ki, yoxdur.

11.    Tender və yarışmalar haqqında saytda hər hansı bir bilgiyə rast gəlinmir.

12.    Sayt texniki imkanlar baxımından normal sayıla bilər. Saytda onlayn müraciət forması təqdim olunsa da abunə imkanı təqdim edilmir.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV