Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.din.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikasэ Daxili İşlər Nazirliyinin www.din.gov.az ünvanlı İnternet saytı hər zamankı kimi bir sıra göstəricilərinə görə yaxşı mənada fərqlənir. Sayt funksionallıq, dolğunluq və çeviklik göstəricilərinə görə bir sıra başqa dövlət qurumlarının müvafiq sahəsi üçün örnək ola bilər. Saytda əsas göstəricilər üzrə gərəkli bilgilər yetərli səviyyədə təqdim edilməklə bərabər bir sıra bölmələr üzrə bilgi verilməməsi də diqqətdən yayınmır. Xüsusən də büdcə, əmək haqları və tenderlərlə bağlı hər hansı bilginin verilməməsi bu saytın ümumilikdə tamlığına ciddi zərər vurur. Saytın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı informasiyalar yetərlidir. Bu bölmədə qurumun tarixi, rəhbərləri haqqında, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər əks etdirilir.

2.    Ziyarətçilərin əks əlaqəsi üçün ümumi bilgilər: qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilir. Lakin qurumun ünvanının marşrut və sxemi, ora getmək üçün ictimai nəqliyyat barədə bilgilər təqdim edilmir.

3.    Qurumun strukturu haqqında  isə qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əks əlaqə imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər əks etdirilib. Burada çatışmayan yalnız qurumun strukturunun sxemidir.
 
4.    Rəhbər və rəhbər işçilər onlar əks əlaqə imkanları haqqında isə gərəkli bütün bilgilər saytda əks etdirilib.

5.    Qurumun cari fəaliyyəti haqqında quruma aid olan informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər yetərli və tam şəkildə təqdim edilir.

6.    Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə  heç bir bilgi verilməyib.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər barədə məlumatlar tam və dolğun şəkildə təqdim edilir. 

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında demək olar ki, bütün gərəkli bilgilər verilir. Yalnız işə qəbulla bağlı komissiyalar haqqında bilgi yoxdur.

9.    Təəssüf ki, sahə işçilərinin əmək haqları barədə heç bir bilgi saytda öz əksini tapmayıb.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulunun norma və qaydaları barədə ümumi bilgilər, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgilər təqdim edilir. 

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı isə təəssüf ki, yuxarıdakı sözləri demək mümkün deyil. Bu barədə saytda heç bir bilgiyə rast gəlinmir.

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da heç bir bilgiyə rast gəlinmir.

13.    Sayt texniki imkanlar baxımından mükəmməl şəkildədir.
 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV