Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyəti www.agcabedi-ih.gov.az domen adlı İnternet resursu funksionallıq baxımından normal səviyyədə olsa da məlumat baxımından kasadlıqlar nəzərə çarpır. Bu kasadlıqları aradan qaldırmaq üçün bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Qurum haqqında bilgilər sırasına quruma daha öncə də başçılıq etmiş şəxslər və onların tərcümeyi-halı barədə də bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, e-poçt ünvanları və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin saytda yer alması gərəklidir.
3. Qurumun strukturu haqqında strukturun sxemi, struktur haqqında sözlü bilgilər, strukturun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əks əlaqə imkanları və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər və onlarla əks əlaqə imkanları haqqında bilgilər sırasına ayrı-ayrı struktur bölmələrinin rəhbərləri haqqında ətraflı məlumat və onlarla əks əlaqə imkanlarının təqdim edilməsi faydalı olardı.
5. Yaxşı olardı ki, cari informasiyalar daha çevik formada təqdim olunsun. Bununla yanaşı qurumdaxili əmrlər, sərəncamlar və qərarların da əks etdirilməsi tövsiyə olunur.
6. Büdcə ilə bağlı bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgi verilməsinə gərək duyulur.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də saytda öz əksini tapması gərəklidir.
9. Ən azından qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər sırasına əlaqə vasitələrinin də əlavə olunması yaxşı olardı.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
12. Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyə olunur.