Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az ünvanlı İnternet saytı da nisbətən zəngin və dolğun saytlardan biri hesab edilə bilər. Özəlliklə də əks əlaqə imkanları və xəbər paylaşımındakı çevikliyi diqqət çəkir. Burada həm də tam olmasa da e-xidmətlərin varlığı yaxşı hal kimi dəyərləndirilə bilər. Sayt texniki baxımdan da yaxşı tərtib edilib. İstifadəsi rahatdır və funksionallığı normadadır. Sahəyə aid bir çox bilgilər saytda geniş şəkildə əks edilib. Bununla belə çatışmazlıqlar da yox deyil. Örnək üçün, sahə işçilərinin əmək haqları və büdcə bilgiləri ümumiyyətlə təqdim edilmir. Saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurum ilə bağlı informasiyalar haqqında bilgilər bir qədər kasaddır. qurumun tarixi haqqında bilgi yetərli səviyyədə təqdim edilmir. Sadəcə bir sənəd təqdim edilir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün gərəkli olan bütün bilgilər saytda öz əksini tapmışdır.
3. Qurumun strukturu haqqında bilgilər bölməsində qurumun sxeminə rast gəlinmir. Həmçinin struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında da bilgi təqdim edilmir.
4. Rəhbər və rəhbər iєзilər onlarla əks əlaqə imkanlarэ baxэmэndan bilgilər təqdim edilir. Lakin rəhbər və rəhbər iюзilərin bioqrafiyalarэ tam deyil.
5. Qurumun cari fəaliyyəti haqqэnda informasiyalar yetərli sayıla biləcək qədərdir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə heç bir bilgi təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı, qaynar xətt, xidmətlərdən istifadə qaydaları və. s təqdim edilir. Lakin əlavə xidmətlər barədə bilgi verilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər sırasında isə çatışmayan işə qəbulla bağlı komissiyalar haqqında bilgilərdir.
9. Sahə işçilərinin əmək haqları barədə heç bir bilgi təqdim edilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında ətraflı bilgilər təqdim edilir. Bu bölmə üzrə bilgilər tam şəkildə təqdim edilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qaydalar barədə bilgi və nəticələrlə bağlı mübahisələrin həlli yolları haqqında da bilgi təqdim edilmir.
12. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqında heç bir bilgi yoxdur.
13. Sayt texniki imkanlar baxımından qənaət bəxşdir. Qurumun İnternet resurslarının texniki göstəricilərinin uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, sayt daxilində axtarış yüksək şəkildə tərtib edilib.