Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti www.berde-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti  www.berde-ih.gov.az domen adlı İnternet resursu saytı ilk ziyarət edənlər üçün görünüş olaraq müsbət təsir baqışlayır. Və həmçinin digər icra hakimiyyəti saytlarından görünüş olaraq fərqlənir. Lakin məzmun baxımından sayt çox geridə qalır. Bir çox bölmələrin adları verilsə də bölməyə daxil olduqda heç bir məlumatın olmadığı aşkarlanır. Həmçinin şəffaflıq və lazımlı bilgilər baxımından da sayt çox geridə qalır. Ümumilikdə isə saytın görünüşü aşağıdakı kimidir.

1.    Rayon haqqında ümumiləşdirilmiş bilgilər təqdim edilir. Qurumun haqqında isə demək olar ki, bilgi yox səviyyəsindədir. Qurumun tarixi, qanunverici əsasları, quruma daha öncə başçılıq etmiş şəxslər barədə heç bir bilgi verilmir. Quruma başçısı haqqında isə təqdim edilən bilgi yalnız ad, soyadı və neçənci ildə vəzifəyə təyin edilməsi haqqındadır.
 
2.    Ziyarətçilərin əks əlaqəsi üçün ümumi məlumatlar əks etdirilir. Lakin quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında,  bilgi verilmir.

3.    Qurumun strukturu haqqında sxem təqdim olunur. Lakin buda qənaətbəxş sayıla bilməz. Struktur haqqında sözlü bilgilərə isə rast gəlinmir. 

4.    Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqə baxımından da normal sayıla biləcək bir bilgiyə rast gəlinmir. Yeganə işə yarıya biləcək bilgi ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatlarıdır.

5.    Cari informasiyalar baxımından isə il yarım öncənin məlumatına rast gəlinir. Yəni saytdakı ən son xəbər 20 yanvar 2011-ci il tarixinə aiddir. 

6.    Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi təqdim edilmir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında heç bir bilgi yoxdur.

8.    Təqdim olunmayan növbəti bilgilər boş iş yerləri və işə qəbulla bağlıdır.

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı da saytda bilgilərə rast gəlinmir.

10.    Vətəndaşların qəbulu ilə bağlı yalnız qəbul günləri və saatları əks etdirilir.

11.    Təəssüf ki, tender və yarışmalar haqqında hər hansı bilgi verilmir.

12.    Sayt texniki imkanlar baxımından da zəifdir. Nə onlayn müraciət forması nə də abunə imkanı yoxdur.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV