Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, əvvəlkinə nisbətən bir qədər irəliləyib. Bununla belə saytın nəinki tam, heç yarımçıq da olsa tələbatlara cavab verdiyini deyə bilmərik. Düzdür, funksionallıq, istifadə rahatlığı və düzənləmə baxımından bu resursu yetərli səviyyədə dəyərləndirmək olar. Ancaq bu heç də o demək deyil ki, sayt tələbata cavab verə biləcək həddədir. Yəni bu saytın üzərində ciddi təkmilləşdirmə işləri aparılmasına zərurət var. Ona görə də aşağıda bu istiqamətdə tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalara qurumun tarixi və digər rəhbərləri barədə bilgilərin əlavə edilməsi zəruridir.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün bütün vəzifəli şəxslərlə əlaqə üçün e-poçt ünvanlarının və quruma getmək üçün ictimai nəqliyyat barədə bilgilərin verilməsi mütləqdir.
3. Qurumun strukturu haqqqında strukturun sxemi və aparat barədə bilgilərin, regional bölmələr və onlarla əlaqə imkanları haqqında bilgilərin, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə bilgilərin və qurumun tabeliyindəki informasiya sistemləri barədə ayrıntılı bilgilərin verilməsi zəruridir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından müavinlərin və başqa rəhbər şəxslərin bioqrafiyaları və əks əlaqə imkanlarının da daha ayrıntılı şəkildə təqdim edilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamaların daha aydın və dolğun təqdim edilməsi gərəklidir. Həmçinin qurumdaxili əmr və qərarların və onların reyestrinin saytda yer alması yaxşı olardı.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalara əlavə xidmətlər barədə bilgi və qaynar xətt barədə bilgilərin daxil edilməsi tövsiyə olunur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
9. Yaxşı olar ki, sahə işçilərinin əmək haqları barədə bilgilər təqdim edilsin.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilərin ətraflı təqdim edilməsi yaxşı olardı.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı da eyni tövsiyə şamil olunur.
12. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilərin təqdim edilməsi gərəklidir.
13. Saytın texniki imkanları sırasına isə abunə imkanının da daxil edilməsinə gərək var.