Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti www.cabrail-ih.gov.az domen adlı İnternet saytı digər resurslara baxanda məlumat baxımından yaxşı saymaq olar. Sayt texniki baxımdan yaxşı olduğu üçün saytın məzmun baxımından da yaxşılaşdırılması asan olar. Bunun üçün də aşağıda bir sıra tövsiyələrimizi nəzərə çatdırırıq.
1. Qurum haqqında bilgilər sırasına qurumun tarixi, səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri, quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin də əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqəsinin yaxşılaşdırılması üçün qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin saytda yer alması yaxşı olardı.
3. Qurumun strukturunun sxemi ilə yanaşı sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında bilgilərin təqdim edilməsi yaxşı olardı.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbəri ilə əks əlaqə imkanlarının, digər rəhbər şəxslər haqqında bioqrafik bilgilərin və qurumda vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında bilgilərin saytda əks etdirilməsi tövsiyə olunur.
5. Qurum haqqında cari informasiyaların təqdim edilməsi yaxşı dəyərləndirilə bilər. Lakin cari informasiyalar sırasına rayonun ictimai həyatı haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər və cari işlər haqqında məlumatların əlavə ediləsi faydalı olardı.
6. Büdcə ilə bağlı məsələlər haqqında bilgilərin əks etdirilməsi şəffaflıq baxımından gərəklidir.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin təqdim edilməsi zəruridir.
8. Yaxşı olardı ki, boş iş yerləri və işə qəbulla bağlı bilgilər saytda öz əksini tapsın.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilən bilgilərlə yanaşı qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin də təqdim edilməsi yaxşı olardı.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi faydalı olardı.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və saytın imkanları sırasına həm onlayn müraciət imkanının həm də, abunə imkanının daxil edilməsi tövsiyə olunur.