Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti www.cabrail-ih.gov.az domen adlı İnternet resursu görünüş olaraq və məlumat zənginliyi baxımından normal dəyərləndirilə bilər. Doğrudur gərəkli və şəffaflıq baxımından təqdim edilməli olan informasiyaların bir neçəsi əks etdirilmir. Buna baxmayaraq digər məlumatların dolğunluğu saytın normal olduğunu və sayta nəzarətin olduğunu söyləməyə imkan verir. Ümumilikdə isə saytın görünüşü aşağıdakı kimidir:
1. Rayon haqqında bilgilər ətraflı şəkildə təqdim edilir. Qurum haqqında isə qurumun başçısının bioqrafiyası, qurumun əsasnaməsi və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu təqdim edilir. Lakin qurumun tarixi, səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri, quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər təqdim edilmir.
2. Ziyarətçilərin qurumla əlaqə saxlaması üçün isə ümumi imkanlar təqdim edilir. Lakin, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.
3. Qurumun strukturunun sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim edilir. Həmçinin qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri haqqında məlumat təqdim edilməsə də digər qurumların rayondakı nümayəndəlikləri haqqında məlumatlar əks etdirilib. Burada çatışmayan qurumun strukturu haqqında sözlü bilgilər, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında informasiyalardır.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin bioqrafiyası, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkan, vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanun və rayondan seçilmiş millət vəkili barədə bilgilər saytda əks etdirilir. Bununla belə saytda çatışmayan məlumatlarda var. Məsələn qurumun rəhbəri ilə əks əlaqə imkanları, digər rəhbər şəxslər haqqında bioqrafik bilgilər və qurumda vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında bilgilər.
5. Cari informasiyalar müntəzəm olaraq təqdim edilir. Rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar təqdim edilsə də rayonun ictimai həyatı haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər və cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə) saytda öz əksini tapmayıb.
6. Təəssüf ki, dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi öz əksini tapmayıb.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında heç bir bilgiyə rast gəlinmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi saytda əks etdirilmir.
9. Təəssüflər oldun ki, qurumun işçilərinin əmək haqları ilə bağlı bölmədə boşdur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında bilgilər verilir. Lakin qurumda vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilər haqqında heç bir bilgi təqdim edilmir.
11. Daha bir çatışmayan bilgilər qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar haqqındadır.
12. Saytın texniki imkanları yaxşı qiymətləndirilə bilər. Lakin nə onlayn müraciət forması nə də abunə imkanı təqdim edilmir.