Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin www.mct.gov.az ünvanlı İnternet saytı elə də yüksək qiymət alma imkanına malik deyil. Çünki saytın həm funksionallığında, həm də dolğunluğunda problem var. İstifadəsi elə də rahat deyil. Bundan başqa bir çox bölmələr üzrə bilgilər yoxdur. Büdcə, tender, işə qəbul kimi şəffaflıq baxımından önəmli bölmələr üzrə heç bir bilgi verilmir. Hətta qəbul günləri və saatları haqqında bilgilər 2010-cu il üçün verilib. Bu isə o deməkdir ki, 2010-cu ildən sonra bu göstərici üzrə bilgilərə diqqət yetirilməyib. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı informasiyalar demək olar ki, tamdır. Qurumun tarixi, rəhbərləri haqqında və kollegiya və qurumun fəaliyyətini təmin edən qanunverici baza və s. təqdim edilir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, e-poçt ünvanları və yarımçıq halda telefon və faks nömrələri təqdim edilir. Lakin qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat haqqında isə heç bir bilgi verilmir.
3. Qurumun strukturunun sxemi, struktur bölmələrinin rəhbərləri ilə əlaqə imkanları və həmçinin onların ünvanları haqqında da bilgi təqdim edilmir. Bununla belə qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər verilir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər təqdim edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, təqdim edilir. Lakin qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr haqqında isə heç bir bilgi saytda əks etdirlimir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında isə təəssüf ki, heç bir bilgi təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər bölməsində isə qurumun təklif etməli olduğu mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Burada çatışmayan qurumun təklif etdiyi əlavə xidmətlər haqqında bilgilərdir.
8. Təəssüf ki, işə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgiyə rast gəlinmir
9. Növbəti təqdim edilməyən bilgilər sahə işçilərinin əmək haqları barədədir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilən bilgilər 2010-cu ilə aid olduğu üçün bu bilgiləri yox saymaq olar.
11. Təəssüf ki, tender və yarışmaların keçirilməsi ilə bağlı da heç bir bilgi təqdim edilmir.
12. Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın istifadə rahatlığı yoxdur. Bu baxımdan da texniki göstəriciləri yetərli səviyyədə deyil demək mümkündür.