Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti www.celilabad-ih.gov.az domen adlı İnternet resursu icmaldan da göründüyü kimi kasad bir resursdur. Lakin sayta ciddi nəzarət edildiyi təqdirdə saytın zəngin bir resursa çevrilməsi mümkündür. Buna görə də aşağıda bir sıra tövsiyələrimizi nəzərə çatdırırıq.
1. Həm rayon haqqında bilgilərin həm də, qurum haqqında bilgilərin zənginləşdirilməsinə ehtiyac var. Qurum haqqında bilgilər sırasına, qurumun əsasnaməsi və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, qurumun tarixi, səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri, quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin də daxil edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqəsinin yaxşılaşdırılması üçün qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin saytda yer alması yaxşı olardı.
3. Qurumun strukturunun sxemi ilə yanaşı sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında bilgilərin təqdim edilməsi yaxşı olardı.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından demək olar ki, bütün bilgilər təqdim edilməlidir. Rəhbər haqqında təqdim edilmiş qısa bioqrafiyanın ətraflı şəkildə təqdim edilməsi yaxşı olardı. Həmçinin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumatın da əlavə edilməsi faydalı olardı.
5. Cari informasiyalar baxımından saytın daha çevik hala gətirilməsi cari məlumatların cari təqdim edilməsi və qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər və cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə) saytda öz əksini tapması gərəklidir.
6. Büdcə ilə bağlı məsələlər haqqında bilgilərin əks etdirilməsi şəffaflıq baxımından gərəklidir.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər saytda əks etdirilməsi yaxşı olardı.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi zəruri olan bilgilərdəndir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilən bilgilərlə yanaşı vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul qaydaları haqqında bilgilərin də təqdim edilməsi yaxşı olardı.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
12. Saytın texniki imkanlarının daha da yaxşı bir hala gətirilməsi və imkanlar sırasına onlayn müraciət imkanının və abunə imkanının da daxil edilməsi lazımlıdır.