Azərbaycan Respublikası Fizuli Rayon İcra Hakimiyyəti www.fuzuli-ih.gov.az domen adlı İnternet resursunda çatışmazlıqlar olsa da onun işini təkmilləşdirmək mümkündür. Yəni bu saytın üzərində müəyyən işləri aparmaqla onun informasiya təminatını yaxşılaşdırmaq olar. Aşağıdakı bəndlər üzrə təklif edəcəyimiz tövsiyələr də elə buna hesablanıb.
1. Rayon haqqında bilgilər təqdim edilsə də bilgilərin ətraflı və tam hala gətirilməsinə ehtiyac var. Qurum haqqında isə qurumun rəhbərinin bioqrafiyasının, quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanununun və qurum haqqında bilgilərin təqdim edilməsi vacibdir.
2. Ziyarətçilərin əks əlaqəsinin yaxşılaşdırılması üçün faks nömrələri, qurumun indeksi, qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
3. Qurumun strukturunun sxemi ilə yanaşı sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi gərəklidir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydas və rayondan seçilmiş millət vəkili haqqında bilgilərin əks etdirlməsi faydalı olardı.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyaları daha çevik bir hala gətirmək və cari informasiyalar sırasına rayonun ictimai həyatı haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər haqqında bilgilərin əlavə edilməsi tövsiyə olunur.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında bilgilər saytda əks etdirilsin.
7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil etmək mümkündür.
8. Daha bir təqdim edilməli bilgi boş iş yerləri və işə qəbulla bağlıdır.
9. Ən azından qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin və qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin verilməsi tövsiyələr sırasındadır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi faydalı olardı.
12. Saytın texniki imkanlarının daha yaxşı hala gətirilməsi və imkanlar sırasına onlayn müraciət formasının və abunə imkanının əlavə edilməsi yaxşı olardı.