Azərbaycan Respublikası Fizuli Rayon İcra Hakimiyyəti www.fuzuli-ih.gov.az domen adlı İnternet resursu funksionallıq baxımından normal sayıla bilər. Lakin məlumat baxımından bu sözləri demək mümkün deyil. Saytda bir sıra bilgilər yer alsa da əksəriyyət bilgilərə rast gəlinmir. Hətta daha vacib bilgilərin çoxu yerli-dibli yoxdur, yaxud da onlara aid başlıqlar olsa da (məsələn, elektron müraciət, bələdiyyələr, poçt və rbitə, bank və s.) açılan səhifələr boşdur. Ümumilikdə isə, bu saytın durumu aşağıdakı kimidir:
1. Rayon haqqındakı bilgilər qısa lakin lazımlı bilgilər təqdim edilir. Rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və s. haqqında bilgilər kankret şəkildə bir neçə cümlə ilə təqdim edilir. Qurum haqqında isə demək olarki heç bir bilgi təqdim edilmir. Burada yalnız qurumun rəhbərinin adı qeyd edilib. Nə rəhbərin bioqrafiyası, nə quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər, nə dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu nə də icra aparatı haqqında bilgilər təqdim edilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon nömrəsi, e-poçt ünvanı təqdim edilir. Lakin, faks nömrəsi, qurumun indeksi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.
3. Qurumun strukturunun sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim edilir. Lakin qurumun strukturu haqqında sözlü bilgilər və qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında heç bir bilgi təqdim edilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və icra hakimiyyəti ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Lakin rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydas və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilər təqdim edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyaları qeyri çevik adlandırmaq olar. Çünki informasiyalar arasında uzun müddətli fasilələr var. Hətta ən son məlumat 10 noyabr 2011-ci ilə aiddir. Təqdim edilməyən informasiyalar isə qurumun həyata keçirdiyi proqram və layihələr, qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqındadır.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təəssüf ki, verilmir.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında heç bir bilgiyə rast gəlinmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi saytda öz əksini tapmayıb.
9. Növbəti təqdim edilməyən bilgilər qurumun işçilərinin əmək haqları barədədir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə yalnız qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgilər təqdim edilir. Burada çatışmayan vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərdir.
11. Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar verilmir.
12. Saytın texniki imkanlarını orta səviyyədə qiymətləndirmək mümkündür. Lakin onlayn müraciət forması və abunə imkanına rast gəlinmir.