Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin www.mincom.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin www.mincom.gov.az ünvanlı İnternet saytı da bir sıra aparıcı dövlət qurumlarının saytları kimi həm zəngin, həm dolğun, həm də funksionaldır. Bir çox bilgilər bu saytda yetərincə əlçatan və istifadəsi rahat şəkildə təqdim edilib. E-xidmətlər də əvvəlki illərə nisbətən daha geniş çeşiddə təqdim edilib. Ancaq bütün bu yönləriylə bərabər saytın çatışmayan yönləri də var. Örnək üçün, büdcə bilgiləri, əmək haqları kimi şəffaflıq baxımından gərəkli bilgilər verilmir. Bunun yanında isə cari bilgilər, mətbuat üçün açıqlamalar yetərincə operativ şəkildə təqdim edilib. Saytın ümumi görünüşü isə aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı informasiyalar tam və dolğun şəkildə təqdim edilir.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri və mümkün olan bütün e-poçt ünvanları barədə bilgilər verilir. Yalnız qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi verilmir.

3.    Qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin dəqiq ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər saytda əks etdirilir. Burada çatışmayan  struktur bölmələrinin rəhbərləri haqqında bilgilərdir.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bilgi və uyğun olaraq onlarla əks əlaqə imkanları yoxdur.

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyalar bölməsi yetərli sayıla biləcək qədər bilgiyə sahibdir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası üzrə saytda heç bir bilgi yoxdur.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar da tam və dolğun şəkildə təqdim edilir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər barədə isə dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi təqdim edilir. Lakin dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgilər yoxdur.

9.    Sahə işçilərinin əmək haqları barədə isə təəssüf ki, heç bir bilgi təqdim edilmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərə rast gəlinmir. Burada yalnız qəbul günləri və saatları barədə bilgi verilib.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı yalnız elanlar və onların arxivi verilib. Digər məlumatlar isə çatışmır.

12.    Növbəti təqdim edilməyən bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13.    Sayt texniki imkanlar baxımından normal səviyyədədir. Və bu bölmə üzrə göstəricilər yetərli sayıla biləcək qədərdir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV