Friday 29th March 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin www.mot.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin www.mot.gov.az ünvanlı İnternet saytı da bir sıra dövlət qurumlarının saytları kimi elə də zəngin olmayanların sırasındadır. Yəni bu saytda hətta sahəyə aid olan bir sıra məsələlər üzrə bilgi tapmaq mümkün deyil. Saytın funksionallığı və istifadə rahatlığı yetərli sayıla bilsə də bir çox bölmələr üzrə ümumiyyətlə bilgi verilməməsi heç də nəzərdən qaçmır. Bəzi göstəricilər üzrə bilgilər isə verilsə də tam və dolğun deyil. Ümumi mənzərə bundan ibarətdir ki, bu sayt heç də tələblərə cavab vermir və ciddi şəkildə üzərində işləmək lazımdır. Saytın bütövlükdə görünüşü aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı informasiyalardan qurumun fəaliyyətini təmin edən qanunverici baza və əsasnamə haqqında bilgilər qurumun tarixi, rəhbərləri haqqında və kollegiya haqqındakı bilgilər isə natamam təqdim edilir. 

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri və mümkün olan bütün e-poçt ünvanları təqdim edilir. Lakin qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilər isə yoxdur. 

3.    Qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər saytda yer almışdır. Lakin struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərə rast gəlinmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları,  ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan təqdim edilir. Burada çatışmayan informasiyalar isə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və qurumun rəhbəri ilə əks əlaqə imkanlarıdır.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya və quruma aid olan hər cür başqa cari informasiyalar öz əksini tapmışdır.  Bu bölmədə isə qurumdaxili əmr və qərarlar, onların reyestri haqqında bilgilərdir. 

6.    Qurumun büdcəsi və onun icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar təəssüf ki, yoxdur. 

7.    Qurum tərəfindən təklif edilən xidmətlər barədə yalnız qurumun təklif etməli olduğu mütləq xidmətlər və onlayn müraciət imkanı təqdim edilir. Qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə isə heç bir məlumat verilmir. 

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər isə saytda yer almayıb.

9.    Eyni sözləri sahə işçilərinin əmək haqları barədə də demək mümkündür. 

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, dövlət qurumunda vətəndaşların qəbul qaydalar təqdim edilmir. Burada yer almış yeganə məlumat qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədədir.

11.    Növbəti təqdim edilməyən bilgi isə tender və yarışmaların keçirilməsi ilə bağlıdır. 

12.    Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir.

13.    Saytın texniki imkanları yaxşıdır. Lakin abunə imkanı təqdim edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV