Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti www.goychay-ih.gov.az domen adlı İnternet resursunda çatışmazlıqlar çoxdur. Yəni sayt üzərində çoxlu işlər aparılmalı, sayta nəzarət gücləndirilməlidir. Xüsusilə Cari informasiyaların daim yenilənməsi və şəffaflıq baxımından təqdim edilməsi gərəkli olan informasiyaların əks etdirilməsi tövsiyə olunur. Saytın yaxşı hala gətirilməsi üçün aşağıdakı bəndlər üzrə tövsiyələrimizi təqdim edirik.
1. Rayon haqqındakı bilgilər ətraflı şəkildə təqdim edildiyindən əlavə bir şərhə ehtiyac duyulmur. Lakin quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu və icra aparatı haqqında bilgilərin təqdim edilməsinə isə ehtiyac var. Və qurumun rəhbəri haqqında olan bilgilərin genişləndirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsinin yaxşılaşdırılması baxımından qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin verilməsi yaxşı olardı.
3. Qurumun strukturu haqqında təqdim edilmiş bilgilərlə yanaşı çatışmayan qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında olan bilgilərin də təqdim edilməsi gərəklidir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə yaxşı olardı ki, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumatlar əks etdirilsin.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyaların günümüzə uyğun olaraq təqdim edilməsi və həmçinin qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, rayonun ictimai həyatı haqqında məlumatlar və rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilərin saytda öz əksini tapması faydalı olardı.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil etmək mümkündür.
8. Təqdim edilməsi gərəkli olan bilgilərdən biri də boş iş yerləri və işə qəbulla bağlı bilgilərdir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin də təqdim edilməsi gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin və qurumda vətəndaşların qəbul qaydaları haqqında məlumatların təqdim edilməsi tövsiyə olunur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
12. Saytın texniki imkanlarından yaxşı istifadə edilməsi və onlayn müraciət formasının, abunə imkanının təqdim edilməsi tövsiyə olunur.