Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti www.goychay-ih.gov.az domen adlı İnternet resursunda gərəkli bilgilərin çoxuna rast gəlinmir. Məsələn elə ilk baxışdan qurumun rəhbəri haqqında bilgilərin kassadlığı bəzi bölmələrin isə adlarının olması, lakin daxilində məlumatın olmaması sayta qarsı qeyri ciddi yanaşıldığını göstərir. Həmçinin cari informasiyalara da baxdığımız zaman bunu söyləmək olar. Lakin bunlarla yanaşı sevindirici haldır ki, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və hətta mobil nömrələr belə təqdim edilir. Ümumilikdə isə, bu saytın durumu aşağıdakı kimidir:
1. Rayon haqqındakı bilgilər ətraflı şəkildə təqdim edilir. Rayon haqqındakı bilgilər ətraflı şəkildə təqdim edilir. Rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və s. haqqında ətraflı bilgilər öz əksini tapmışdır. Qurum haqqında isə qurumun başçısının bioqrafiyası təqdim edilir. Quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu və icra aparatı haqqında bilgilər isə əks etdirilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilir. Lakin, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.
3. Qurumun strukturunun sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, bələdiyyələr, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər təqdim edilir. Burada çatışmayan yalnız iki məlumatdır. Biri qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri digəri isə struktur bölmələrinin səlahiyyət çərçivələri haqqındadır.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbəri haqqında qısaca məlumat, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumatlar çatışmır.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyaları cəhətdən də sayt təəssüf ki, yaxşı mənada fərqlənmir. Təqdim edilmiş son informasiya uzun müddət öncə yerləşdirilib. Hətta ən son informasiya 21 dekabr 2011-ci ilə aiddir. Həmçinin qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, rayonun ictimai həyatı haqqında məlumatlar və rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər də çatışmır.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgiyə rast gəlinmir.
7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında da demək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilər saytda yer almayıb.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat saytda əks etdirilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında bilgilər əks etdirilir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları haqqında məlumatlar isə əks etdirilmir.
11. Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar verilmir.
12. Saytın texniki imkanları normal sayıla bilər. Lakin nə onlayn müraciət forması nə də abunə imkanı təqdim edilmir.