Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az ünvanlı İnternet saytı, icmaldan da göründüyü kimi, bir sıra bölmələr üzrə dolğun olsa da başqa bölmələrdə bunu müşahidə etmək olmur. Texniki imkanları, funksionallığı və istifadə rahatlığı yetərli olsa da saytın hələ xeyli təkmilləşdirilməsinə gərək var. E-xidmətlərə gəlincə, bu ayrıca bölmə ilə təqdim edilməsinə baxmayaraq elə də yetərli deyil. Çünki burada yalnız informativ xarakterli bilgilər yer alıb ki, onları da əslində e-xidmətlərə aid etməmək də olardı. Bütün bunlarla bərabər saytın təkmilləşdirilməsi imkanları var və ona görə də aşağıda bəzi tövsiyələrimizi nəzərə çatdırmaq istərdik:
1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar sırasına qurumun tarixi haqqında ayrıntılı bilgilərin və quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin daxil edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlarla yanaşı quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgi verilməsi gərklidir.
3. Qurumun strukturu haqqında bilgilər tam və dolğun şəkildə təqdim edildiyindən əlavə bir tövsiyəyə gərək duyulmur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə təqdim edilmiş bilgilərlə bərabər həm rəhbərlərin, həm də struktur bölmələri rəhbərlərinin bioqrafiyalarının ayrıntılı şəkildə təqdim edilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar sırasına həmçinin qurumdaxili əmr və qərarlar bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin də əlavə edilməsi gərklidir.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə təqdim edilmiş bilgilərlə yanaşı e-xidmətlər və onlardan real istifadə imkanlarının da təklif edilməsi tövsiyələr sırasındadır.
8. Təqdim edilməsi gərkli olan növbəti bilgilər işə qəbul qaydaları və boş iş yerləri haqqındadır.
9. Eyni sözləri sahə işçilərinin əmək haqları barədə bilgilərə də şamil etmək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqındakı bilgilərdən dövlət qulluqçularının davranış qaydaları ayrıca və nəzərə çarpacaq şəkildə təqdim edilməlidir.
11. Növbəti təqdim edilməsi gərəkli olan informasiyalar tender və yarışmaların keçirilməsi ilə bağlıdır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyətinin, bütün mümkün normativ aktların layihələrinin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxivin saytda yer alması tövsiyə edilir. – bu bölməyə aid də bilgi yoxdur.
13. Saytın texniki imkanları sırasına abunə imkanının da daxil edilməsi tövsiyələr sırasındadır.