Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az ünvanlı İnternet saytında öz sahəsinə aid gərəkli bilgilər olsa da bir sıra önəmli bölmələr üzrə heç bir bilgi verilməməsi baxımından da diqqət çəkir. Hətta bilgi verilən bölmələr də tamlığın olmadığı nəzərdən qaçmır. Örnək üçün, nazirliyin özünün tarixi haqqında heç bir bilgi yoxdur. Yalnız nazirlik haqqında qısa bilgidən başqa. Bundan başqa, şəffaflıq üçün gərəkli olan işə qəbul, büdcə, tenderlər haqqında da heç bir bilginin olmaması nəzərdən qaçmır. E-xidmətlər üçün ayrıca bölmə olsa da bəlli olur ki, burada sadəcə informativ bilgilər yer alıb. Yəni onlayn müraciət formasını nəzərə almasaq heç bir xidmətdən bu rejimdə istifadə üçün təklif yoxdur. Ümumilikdə isə sayt aşağıdakı kimidir:
1. Qurum ilə bağlı informasiyalar kassad da olsa təqdim edilir. Burada qurumun tarixi, və əvvəlki rəhbərləri haqqında bilgilər təqdim edilmir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri və e-poçt ünvanları) təqdim edilir. Lakin qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi yoxdur.
3. Qurumun strukturu haqqında bilgilər tam və dolğun şəkildə təqdim edilir
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar əks etdirilir. Burada təqdim edilən bioqrafiyalar tam deyil.
5. Qurumun cari fəaliyyəti barədə mətbuat üçün açıqlamalar və quruma aid olan informasiyalar verilir. Lakin qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə bilgilər yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda heç bir bilgi yer almır.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər (onlayn müraciət forması istisnadır), xidmətlərin keyfiyyət göstəriciləri, on,layn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə bilgilər təklif edilir.
8. Təəssüf ki, işə qəbul qaydaları və boş iş yerləri haqqında bilgi təqdim edilməsi gərəkli olan bilgilərə (dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi) rast gəlinmir.
9. Eyni sözləri sahə işçilərinin əmək haqları barədə də demək mümkündür.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər verilir. Lakin dövlət qulluqçusunun etika qaydaları haqqında heç bir məlumat yoxdur.
11. Növbəti təqdim edilməyən məlumatlar tender və yarışmaların keçirilməsi ilə bağlıdır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də heç bir məlumat təqdim edilmir.
13. Saytın texniki imkanlarını normal saymaq olar. Burada yalnız abunə imkanı çatışmır.