Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti www.haciqabul-ih.gov.az domen adlı İnternet resursunda çatışmazlıqlar çoxdur. Sayta ümumi nəzarət gücləndirilsə sayt normal hala çadırırla bilər. Təqdim edilmiş lakin daxilində məlumat olmayan bölmələrə isə tezliklər bililərin daxil edilməsi yaxşı olardı. Digər bölmələrin təkmillərşdirilməsi üçün bəndlər üzrə tövsiyələrimizi aşağıda təqdim edirik. 1. Rayon haqqındakı bilgilər ətraflı şəkildə təqdim edildiyindən əlavə bir tövsiyə söylənilmir. Lakin qurum haqqında olan bilgilərin də rayon haqqındakı bilgilər kimi ətraflı təqdim edilməsi tövsiyə olunur. Ən əsası quruma daha öncəbaşçılıq etmiş şəxslər barədə bilgilərin təqdim edilməsi gərəklidir. 2. Ziyarətçilərin əks əlaqəsinin yaxşılaşdırılması üçün vacib olan qurumun ünvanının, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi lazımlıdır. 3. Təqdim edilmiş qurumun strukturunun sxeminin dolğunlaşdırılması və sözlü bilgilərin təqdim edilməsi tövsiyə olunur. Həmçinin çatışmayan qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin də təqdim edilməsi tövsiyələr sırasındadır. 4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imknaı haqqında bilgilərin əks etdirilməsi gərklidir. 5. Qurumun cari fəaliyyəti haqqında informasiyaların günümüzə uyğun olaraq təqdim edilməsi və çatışmayan qurumun həyata keçirdiyi proqram və layihələr, qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqın bilgilərin də saytda yer alması gərəklidir. 6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil etmək mümkündür. 8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi tövsiyə olunur. 9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi lazımlıdır.10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilmiş bilgilərlə yanaşı vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin də verilməsi tövsiyələr sırasındadır. 11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi faydalı olardı. 12. Saytın texniki imkanlarından yaxşı istifadə edilməsi və onlayn müraciət formasının, abunə imkanının təqdim edilməsi faydalı olardı.