Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti www.haciqabul-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti www.haciqabul-ih.gov.az domen adlı İnternet resursu da digər resurslardan heç də fərqlənmir. Burada çatışmayan bilgilər çoxluq təşkil edir. Doğrudur bəzi bilgilər dəyişik şəkildə təqdim edilir və nəzərə çarpır. Həmçinin cari informasiyaları digərlərinə nəzərən normal saymaq olar. Saytda ən çox vacib olan əlaqə vasitələridir ki, bunlar da çox kassaddır. Saytın ümumi görünüşü aşağıdakı kimidir:

1. Rayon haqqındakı bilgilər ətraflı və tam şəkildə təqdim edilir. Hətta təqdim edilmiş məlumatları oxumaqla rayon haqqında kifayət qədər bilgi əldə etmək mükündür. Qurum barədə isə qurumun başçısının tərcümeyi halı təqdim edilir. Digər məlumatlar isə (quruma daha öncə başçılıq etmiş şəxslər barədə, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu və icra aparatı haqqında bilgilər) əks etdirilmir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün telefon və faks nömrələri, e-poçt ünvanı təqdim edilir. Lakin, qurumun ünvanı, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi təqdim edilmir.

3. Qurumun strukturunun sxemi təqdim edilsə də bunu tam bilgi saymaq mümkün deyil. Lakin qurumun strukturu haqqında sözlü bilgilər və qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi təqdim edilmir.

4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin tərcümüyi halı və qurum ilə əks əlaqə üçün ümumi imkan təqdim edilsə də struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imknaı haqqında bilgilər əks etdirilmir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyaları elə də çevik saymaq olmaz. Həmçinin qurumun həyata keçirdiyi proqram və layihələr, qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqın bilgilər də saytda yer almayıb.

6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında saytda heç bir bilgiyə rast gəlinmir.

7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında da demək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi verilmir.

9. Sahə işçilərinin əmək haqları ilə bağlı bilgilər də təqdim edilmir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında qısaca bilgilər əks etdirilir. Lakin vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilər saytda öz əksini tapmayıb.

11. Həmçinin qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda öz əksini tapmayıb.

12. Saytın texniki imkanları normal sayıla bilər. Ancaq onlayn müraciət forması və abunə imkanı təqdim edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV