Azərbaycan Respublikası Müdafiə Nazirliyinin www.mod.gov.az ünvanlı İnternet saytı, icmaldan da anlaşıldığı kimi, heç bir tələbata cavab vermir. Nə texniki göstəricilər, nə də ki, tərkib baxımından bu saytın hər hansı bir diqqət çəkən yönü yoxdur. Bu isə o deməkdir ki, nazirliyin yeni istifadəyə verilmiş saytı ilə bağlı hər hansı ayrıntılı tövsiyənin verilməsinin mənası yoxdur. Ona görə tək bir tövsiyəmizi təqdim edə bilərik: bu sayt yox sayılmalı və sıfırdan başlayaraq qurulmalıdır.