Azərbaycan Respublikası Müdafiə Nazirliyinin www.mod.gov.az ünvanlı İnternet saytı axır ki, istifadəyə verildi. Ancaq heç də ürəkaçan bir durumda deyil. Çox bəsit və içi də demək olar ki, bomboş bir resursdur. Açığı, bu saytın araşdırılması da o qədər vaxt aparmadı. Çünki cəmi bir neçə səhifədən ibarət olduğu üçün araşdırılacaq bir şey tapa bilmədik. Əksər bölmələr üzrə təbii ki, heç bir bilgi yoxdur. Olan bilgilər də yetərli sayıla biləcək qədər deyil. Saytın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Qurum haqqında yalnız hazırkı rəhbər barədə bilgi təqdim edilir. Digər bilgilər (qurumun tarixi, rəhbərləri haqqında və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza) isə yoxdur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün yalnız ümumi xarakterli telefon, faks nömrələri və e-poçt ünvanı verilib. Lakin qurumun ünvanı, qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə heç bir bilgi təqdim edilmir.
3. Qurumun strukturu barədə təqdim edilməsi gərəkli olan qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə olan məlumatlara rast gəlmək mümkün deyil.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə rəhbərin bioqrafiyası və qurum ilə əks əlaqə üçün ümumi imkan əks etdirilir. Digər məlumatlar (rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları) isə saytda öz əksini tapmayıb.
5. Qurumun cari fəaliyyəti barədə mətbuat üçün açıqlamalar verilir. Lakin quruma aid olan informasiya, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə heç bir bilgi yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər yoxdur.
7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında da heç bir bilgi verilmir.
8. Eyni sözləri işə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərə də şamil edilir.
9. Növbəti təqdim edilməyən bilgilər sahə işçilərinin əmək haqları barədədir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər təəssüf ki, verilmir. Burada yalnız vətəndaşların qəbul günləri və saatları barədə bilgi təqdim edilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı da bilgilər saytda yer almayıb.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də heç bir bilgi təqdim edilmir.
13. Saytın texniki göstəriciləri çox aşağıdır. Nə abunə imkanı, nə də onlayn müraciət forması təqdim edilmir.