Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin www.scs.gov.az ünvanlı İnternet saytı, belə demək mümkünsə, iddialı resurslar sırasında görünür. Çünki, icmalda da qeyd etdiyimiz kimi, bu sayt bir sıra bölmələr üzrə dolğun və yetərli bilgiylə zəngindir. Bununla belə saytın bəzi çatışmazlıqları da var ki, onların aradan qaldırılması mümkün görünür. Ona görə də aşağıda bu resursun təkmilləşdirilməsi ilə bağlı bəzi tövsiyələrimizi diqqətə çatdırırıq:
1. Qurum ilə bağlı informasiyalara qurumun daha öncəki rəhbərləri haqqında da bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilən imkanlarla yanaşı qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin də təqdim edilməsi gərəklidir.
3. Qurumun strukturu barədə olan informasiyalara qurumun strukturunun ümumi sxemini də etmək lazımdır.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin sayta əlavə edilməsi yaxşı olardı
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalardan qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgiləri ayrıntılı şəkildə təqdim etmək lazımdır.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər təqdim edilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında təqdim edilmiş informasiyalara həmçinin qaynar xətt telefon nömrəsinin əlavə edilməsi zəruridir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında təqdim edilmiş bilgilərlə yanaşı dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında, işə qəbulun norma və qaydaları və işə qəbulla bağlı komissiyalar haqqında məlumatların verilməsi tövsiyələr sırasındadır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilər təqdim edilməsi zəruri olan informasiyalardamdır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər tam olduğundan əlavə heç bir tövsiyəyə gərək duyulmur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı isə qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə məlumatların verilməsi faydalı olardı
12. Tövsiyə olunur ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər saytda əks etdirilsin.
13. Saytın texniki imkanları çox yaxşıdır. İmkanlar sırasına abunə imkanının da əlavə edilməsi tövsiyələr sırasındadır.