Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin www.scs.gov.az ünvanlı İnternet saytı həm dolğunluğu, həm də funksionallıq və istifadə rahatlığı baxımından yaxşı tərtib edilib. Özəlliklə də sahəyə aid yetərincə bilgi verilməsi baxımından sayt diqqəti çəkir. Bir sıra əsas göstəricilər üzrə burada gərəkli bilgilər toplanıb. Bundan başqa e-xidmətlər də geniş şəkildə təqdim edilib. Bütün bunlarla bərabər saytın çatışmazlıqları da yox deyil. Yəni burada bəzi bölmələr üzrə heç bir bilgi verilmir ki, bu haqda da aşağıda açıqlama olacaq. Ümumilikdə isə sayt aşağıdakı kimi görünür:
1. Qurum haqqında informasiyalar barədə qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza və qurumun rəhbəri haqqında bilgilər təqdim edilir. Burada yalnız qurumun daha öncəki rəhbərləri haqqında bilgi çatışmır.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri və mümkün olan bütün e-poçt ünvanları təqdim edilir. Lakin qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi yoxdur.
3. Qurumun strukturu barədə qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar saytda yer alır. Ancaq qurumun strukturunun ümumi sxemi təqdim edilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə abxımından rəhbərin bioqrafiysı, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar verilir. Yalnız struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiyalar, qurumdaxili əmr və qərarlar və bu cür aktların reyestri barədə məlumatlar saytda yer alır. Lakin qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə bilgilər təqdim edilmir
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə təqdim edilməli olan qurumun büdcəsi və onun icrası haqqında məlumat və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları barədə bilgilər saytda öz əksini tapmışdır. Bununla belə çatışmayan bir bilgi var. O da qaynar xətt telefon nömrəsidir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxiv barədə bilgilər verilir. Lakin qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında, işə qəbulun norma və qaydaları və işə qəbulla bağlı komissiyalar haqqında bilgilərə rast gəlinmir.
9. Sahə işçilərinin əmək haqları barədə heç bir bilgi verilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə isə bütün gərəkli bilgilər (vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi) təqdim edilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı isə yalnız tenderlərin keçirilməsi ilə bağlı elanlar və elanların arxivi verilib. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilər isə təqdim edilmir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə heç bir bilgi verilmir.
13. Saytın texniki imkanları çox yaxşıdır. Burada çatışmayan tək şey abunə imkanıdır.