Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arxkom.gov.az ünvanlı İnternet saytı, icmaldan da göründüyü kimi, faktiki olaraq bir çox göstəricilərinə görə çox şeyin çatışmadığını ortaya qoyur. Sayt demək olar ki, bir sıra bölmələr üzrə tam boşdur və bilgi içəriği olan bölmələr haqqında da yüksək fikir söyləmək olmaz. Bununla belə, düşünürük ki, saytın təkmilləşdirilməsi üçün imkanlar da qalmaqdadır. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalardan qurumun tarixi və rəhbərləri haqqında bilgilərin tam və dolğun olması gərəklidir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlardan əlavə qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
3. Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin tam ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə məlumatların təqdim edilməsi zəruridir. qurumun strukturunun ümumi sxemi. Aparat; qurumun alt bölmələri və regional strukturu;
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə rəhbərin və onun müavinlərinin bioqrafiyaları və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin verilməsi və təqdim edilmiş qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanların da dolğun hala gətirilməsi lazımdır.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş bilgilərlə bərabər həmçinin quruma aid olan hər cür başqa cari informasiya və qurumun həyata keçirdiyi proqram və layihələr barədə də məlumatların saytda yer alması gərəklidir
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumatlar saytda öz əksini tapsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərin keyfiyyət göstəriciləri barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə ayrıntılı bilgi verilməsi vacibdir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin saytda əks etdirilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə verilmiş bilgilərlə yanaşı vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları barədə bilgilərin də təqdim edilməsi yaxşı olardı.
11. Növbəti tövsiyə isə tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilərin təqdim edilməsi ilə bağlıdır.
12. Eyni tövsiyə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan bilgilərə də şamil edilir.
13. Saytın texniki imkanlarını çağdaş tələblər səviyyəsinə qaldırmaq və imkanlar sırasına abunə və onlayn yazışma formasını da əlavə etmək lazımdır.