Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arxkom.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arxkom.gov.az ünvanlı İnternet saytı nə texniki göstəricilərinə, nə də tərkibinə görə arzu edilən səviyyədə deyil. Hiss olunur ki, sayt çox da ciddi qayğı görmür və o üzdən onun üzərində elə də ciddi iş aparıldığını demək olmaz. Yəni bu saytın istər funksionallıq, istərsə də istifadə rahatlığı problemləri də var. Bir sıra bölmələr üzrə ümumiyyətlə bilgi verilməməklə yanaşı verilən bilgilərin də tam və dolğun olmaması diqqətdən yayınmır. Yəni ümumi mənzərə heç də ürəkaçan deyildir. Saytın ümumi görünüşü isə aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı  qurumun tarixi və rəhbərləri haqqında bilgilər yetərli deyil.

2.    Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, elefon və faks nömrələri və e-poçt ünvanları təqdim edilsə də qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə heç bir bilgi verilmir.  

3.    Qurumun strukturu barədə qurumun alt bölmələri və regional strukturu və struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar barədə bilgilər əks etdirilir. Lakin qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin tam ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər yoxdur.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından rəhbərin və onun müavinlərinin bioqrafiyaları və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər ümumiyyətlə təqdim edilmir. Qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan isə təqdim edilsə də tam şəkil deyil

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, qurumdaxili əmr və qərarlar və bu cür aktların reyestri barədə bilgilər təqdim edilir. Ancaq quruma aid olan hər cür başqa cari informasiya və qurumun həyata keçirdiyi proqram və layihələr barədə heç bir bilgi verilmir

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə hər hansı bilgiyə rast gəlinmir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə bilgilər əks etdirilir. Lakin qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərin keyfiyyət göstəriciləri barədə bilgilər təqdim edilmir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında yalnız boş iş yerləri haqqında yetərli sayılmayacaq qədər bilgi verilir. Digər bilgilər isə (dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında və boş iş yerləri haqqında elanların arxivi) təqdim edilmir.

9.    Sahə işçilərinin əmək haqları barədə heç bir bilgi verilmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vətəndaşların qəbul vaxtları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər verilsə də vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları barədə heç bir bilgi verilmir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı  təəssüf ki, heç bir bilgiyə rast gəlinmir.

12.    Eyni sözləri qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də demək mümkündür.  

13.    Saytın texniki imkanları yetərli sayıla biləcək qədər deyil. Həmçinin abunə və onlayn yazışma forması da yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV