Thursday 28th March 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti www.xachmaz-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti  www.xachmaz-ih.gov.az domen adlı İnternet resursu icmaldan da göründüyü kimi heç də yaxşı vəziyyətdə deyil. Saytın üzərində xeyli işlər aparılmalı sayta nəzarət gücləndirilməlidir. Həmçinin gərəkli informasiyalar ilə zənginləşdirilməli və adı təqdim edilmiş lakin daxili boş olan bölmələr də məlumatlarla doldurulmalıdır. Digər bəndlər üçün təklif edəcəyimiz tövsiyələri isə aşağıda qeyd edirik.

1.    Rayon haqqında təqdim edilmiş bilgiləri n zənginləşdirilməsi tövsiyə olunur. Qurum haqqında isə demək olar ki, bütün bölmələr üzrə bilgilər verilməlidir. Məsələn qurumun rəhbərinin bioqrafiyası, qurum haqqında və quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər.

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün qurumun ünvanı mütləq şəkildə təqdim edilməli və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilər isə əks etdirilməlidir.

3.    Qurumun strukturu haqqında ətraflı bilgi təqdim edilməsi vacibdir. Qurumun strukturunun sxemi, struktur haqqında sözlü bilgilər, qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında məlumatların verilməsi gərəklidir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilmiş qurumun rəhbəri haqqında iki cümləlik bilginin və qurum ilə əks əlaqə üçün natamam bilginin tam və dolğun hala gətirilməsi və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin, qurumun rəhbəri ilə əks əlaqə imkanlarının, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının, vətəndaşların müraciətlərinə baxılma qaydasının, rayondan seçilmiş millət vəkili haqqında məlumatın və əlaqə imkanının da təqdim edilməsi tövsiyə olunur.

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyalara nəzarət edilməsi və cari hala gətirilməsi, həmçinin rayonun ictimai həyatı haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər haqqında bilgilərin əks etdirilməsi gərəklidir.

6.    Büdcə ilə bağlı məsələlər haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.

7.    Eyni tövsiyə qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər,  elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil olunur.

8.    Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərin təqdim edilməsi zəruridir.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilərin əks etdirilməsi yaxşı olardı.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bütün bilgilər təqdim edilməlidir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi faydalı olardı.  

12.    Saytın texniki imkanlarının yaxşılaşdırılması və imkanlar sırasına onlayn müraciət formasının və abunə imkanının  da təqdim edilməsi tövsiyələr sırasındadır.   

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV