Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti www.xachmaz-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti  www.xachmaz-ih.gov.az domen adlı İnternet resursu yaradılmış və yaradıldığı müəyyən müddətdən sonra unudulmuş bir sayt təəssüratı bağışlayır. Çünki burada demək olar ki, bilgi yoxdur. Təqdim edilmiş bilgilərdə çox qısadır və demək olar ki, heç bir işə yaramır. Həmçinin saytın geridə qaldığını demək üçün cari informasiyalara nəzər salmaq yetərlidir. Ümumilikdə isə, bu saytın durumu aşağıdakı kimidir:

1.    Rayon haqqında bilgilər təqdim edilsə də bu bilgiləri yetərli saymaq olmaz. Qurum haqqında isə təqdim edilən yeganə bilgi qurumun rəhbəri haqqında iki cümləlik məlumatdır. Burada nə quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər, nə dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR  qanunu, nə də icra aparatı haqqında bilgilər təqdim edilmir.  

2.    Ziyarətçilərin əks əlaqəsi üçün telefon və faks nömrələri və e-poçt ünvanı təqdim edilir. Ancaq əlaqə üçün əsas məlumat olan qurumun ünvanı, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.

3.    Qurumun strukturu haqqında qısaca bir məlumat təqdim edilir ki bunu da nə strukturun sxemi kimi nə də sözlü bilgilər kimi qəbul etmək mümkün deyil. Və həmçinin qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi verilmir.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbəri haqqında təqdim edilmiş iki cümləlik bilgini və qurum ilə əks əlaqə üçün natamam bilgiləri nəzərə almasaq demək olar ki, bu bölmə üzrə heç bir bilgi yoxdur.

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyaları təbii ki, cari saymaq mümkün deyil. Təqdim edilmiş ən son informasiya 25 iyul 2011-ci il tarixindədir. Bu da təbii ki, cari sayıla bilməz. Qurumun həyata keçirdiyi proqram və layihələr, qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqında isə tamamilə məlumat yoxdur.  

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında saytda heç bir bilgi verilmir.   

7.    Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər,  elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında da demək mümkündür.

8.    Boş iş yerləri və işə qəbulla bağlı da heç bir bilgi saytda yer almayıb.

9.    Eyni sözlər qurumun işçilərinin əmək haqları ilə bağlı bilgilərə də şamil edilir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) təqdim edilən yeganə məlumat ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləridir. Bu da natamam məlumatdır. Qəbul saatları barədə heç bir bilgi yoxdur. Həmçinin vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları haqqında məlumatlar da verilmir.

11.    Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda öz əksini tapmayıb.  

12.    Saytın texniki imkanları da yaxşı deyil. Və onlayn müraciət forması  və abunə imkanı təqdim edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV