Azərbaycan Respublikası Xızı Rayon İcra Hakimiyyəti www. khizi-ih.gov.az domen adlı İnternet resursu çoxdan unudulmuş bir resurs təsiri bağışlayır. Sayta nəzarətin gücləndirilməsi və məlumatların daxil edilməsi nəticəsində sayt normal hala gətirilə bilər. Saytın yaxşılaşdırılması aşağıdakı bəndlər üzrə təkliflərimizi təqdim edirik.
1. Rayon haqqındakı bilgilər mükəmməl şəkildə təqdim edildiyindən əlavə bir tövsiyə söylənilmir. Lakin qurum haqqında isə quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün qurumun ünvanının, faks nömrələrinin, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi vacibdir.
3. Qurumun strukturunun sxemi ilə yanaşı qurumun strukturu haqqında sözlü bilgilər və qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında məlumatların verilməsi gərəklidir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə bilgilərin əks etdirilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalara nəzarətin gücləndirilməsi və cari informasiyalar sırasına rayonun ictimai həyatı haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər haqqında bilgilərin əlavə edilməsi yaxşı olardı.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında bilgilər əks etdirilsin.
7. Eyni sözlər qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də aiddir.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi zəruridir.
9. Ən azından qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər sırasına həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, həm də qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin daxil edilməsi tövsiyələr sırasındadır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi gərəklidir.
12. Saytın texniki imkanlarından yaxşı istifadə edilməsi və onlayn müraciət formasının, abunə imkanının təqdim edilməsi tövsiyə olunur.