Azərbaycan Respublikası Xızı Rayon İcra Hakimiyyəti www. khizi-ih.gov.az domen adlı İnternet resursu təəssüf ki, zəngin resurslar sırasında deyil. Doğrudur bir çox bilgilər ətraflı şəkildə təqdim edilir. Lakin şəffaflıq baxımından təqdim edilməsi gərəkli olan dövlət büdcəsinin quruma aid hissəsi, sahə işçilərinin əmək haqları, tender və yarışmaların keçirilməsi və s bölmələr heç mövcud deyil. Bəzi mövcud olan bölmələrdə isə məlumat yoxdur. Yəni bölmə yaradılıb ancaq məlumat yerləşdirilməyib. Saytın ümumi görünüşü aşağıdakı kimidir:
1. Rayon haqqında gərəkli bilgilərin hamısı tam və dolğun şəkildə təqdim edilir. Lakin bu sözləri qurum haqqındakı bilgilər aid etmək mümkün deyil. Burada ancaq qurumun rəhbəri haqqında və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu barədə bilgilər verilir.
2. Ziyarətçilərin əks əlaqəsi yalnız telefon nömrəsi və e-poçt ünvanı təqdim edilir. Qurumun ünvanı, faks nömrəsi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilər isə yoxdur.
3. Qurumun strukturunun sxemi təqdim edilir. Lakin qurumun strukturu haqqında sözlü bilgilər və qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi verilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin bioqrafiyası, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar (yalnız telefon və e-poçt ünvanı) barədə bilgilər saytda yer almışdır. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə bilgilərə rast gəlinmir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalara nəzər salmaqla sayta qeyri ciddi yanaşıldığını söyləmək olar. Çünki burada təqdim edilmiş ən son informasiya 18 iyul 2011-ci ilə aiddir. Yəni artıq bir il olacaq ki sayta informasiya yerləşdirilmir. Bununla qurumun həyata keçirdiyi proqram və layihələr, qurumdaxili əmr və sərəncamlar və onların reyestri haqqında bilgilərdə təqdim edilmir.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər yoxdur.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında heç bir bilgi saytda yer almayıb.
8. Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir məlumat verilmir.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı bilgilər təqdim edilməyən bilgilər sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə yalnız qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər verilir. Burada nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi nə də qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilər yoxdur.
11. Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda öz əksini tapmayıb.
12. Saytın texniki imkanları orta səviyyədədir. Lakin burada onlayn müraciət forması və abunə imkanı çatışmır.