Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyəti www.xocali-ih.gov.az domen adlı İnternet resursunda demək olar ki, əksəriyyət bilgilər çatışmır. Yaxşı olardı ki, sayt ilk baxışdan zəngin bir resurs təsiri bağışladığı kimi daxilində də məlumatlar zəngin olsun. Saytın texniki imkanlarından istifadə edərək resursu zənginləşdirmək mümkündür. Həmçinin burada təqdim edilməsi gərəkli olan bilgilərlə yanaşı bir çox bölmələrində yaradılmasına ehtiyac var. Bunun üçün də aşağıdakı bəndlər üzrə təkliflərimizi bildiririk.
1. Rayon haqqındakı bilgilər ətraflı şəkildə təqdim edildiyindən əlavə bir şərhə ehtiyac duyulmur. Lakin qurum haqqında quruma daha öncə başçılıq etmiş şəxslər barədə və icra aparatı haqqında bilgilərin isə əks etdirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilməsi lazımlı olan bilgilərin (qurumun telefon və faks nömrələri qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilər) saytda yer alması yaxşı olardı.
3. Təqdim edilmiş olan qurumun strukturunun natamam sxeminin tam hala gətirilməsi və struktur haqqında sözlü bilgilərin, qurumun alt bölmələri və yerli icra nümayəndəliklərinin və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında məlumatların verilməsi zəruridir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyaları daha çevik bir hala gətirilməsi, informasiyaların təqdim edilmə tarixinin verilməsi, rayonun ictimai həyatı haqqında məlumatların, qurumdaxili əmrlər, sərəncamlar və qərarların, qurumun həyata keçirdiyi tədbirlərin əks etdirilməsi gərəklidir.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil etmək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi yaxşı olardı.
9. Ən azından qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilmiş bilgiylə yanaşı vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin də saytda yer alması lazımlıdır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
12. Saytın texniki imkanlarından yaxşı istifadə edərək saytı zəngin bir resursa çevirmək və imkanlar sırasına abunə imkanının da əlavə edilməsi tövsiyə olunur.