Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyəti www.xocali-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyəti  www.xocali-ih.gov.az domen adlı İnternet resursu ilk baxışdan çox gözəl və zəngin resurs təsiri bağışlayır.  Doğrudur bəzi bilgilər baxımından sayt normaldır lakin təqdim edilməsi gərəkli olan bilgilərdən çoxuna rast gəlinmir. Məsələn dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası, icra hakimiyyəti tərəfindən təklif edilən xidmətlər haqqında, işə qəbul qaydaları və boş iş yerləri haqqında, sahə işçilərinin əmək haqları barədə bilgilər təqdim edilmir. Bununla yanaşı rayon haqqında ətraflı şəkildə bilgilər və qanunlar təqdim edilir. Ümumilikdə isə, bu saytın durumu aşağıdakı kimidir:

1.    Rayon haqqındakı bilgilər (tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və s) ətraflı şəkildə təqdim edilir. Hətta rayonun yerləşdiyi ərazinin xəritəsi belə təqdim edilir. Qurum haqqında isə qurumun başçısının bioqrafiyası və dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR  qanunu barədə bilgilər verilir. Quruma daha öncə başçılıq etmiş şəxslər barədə və icra aparatı haqqında məlumatlar isə əks etdirilmir.

2.    Ziyarətçilərin əks əlaqəsi üçün isə heç ümumi imkanlar normal şəkildə təqdim edilmir. Təqdim edilən yalnız qurumun ünvanı və e-poçt ünvanıdır. Nə qurumun telefon və faks nömrələri, nə də  quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.

3.    Qurumun strukturunun sxemi yarımçıq şəkildə təqdim edilir. Və bunu məlumat kimi qəbul etmək mümkün deyil. Bundan başqa qurumun strukturu haqqında sözlü bilgilər və qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi təqdim edilmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin bioqrafiyası və qurum ilə əks əlaqə üçün yarımçıq məlumatlar təqdim edilir. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında məlumatlar isə təqdim edilməyən məlumatlardandır.  

5.    Cari informasiyalar baxımından isə təqdim edilmiş azacıq bilgilərin heç birinin tarixi olmadığından cari informasiyaların hansı tarixə aid olduğunu da anmaq çətindir. Verilmiş məlumatın daxilini oxuduqda belə anlaşır ki, yerləşdirilmiş ən son məlumat 02 fevral 2011-ci ilə aiddir. Bu da il yarım deməkdir. Həmçinin  qurumun həyata keçirdiyi proqram və layihələr, qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqında da bilgilər verilmir.  

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında saytda heç bir bilgiyə rast gəlinmir.  

7.    Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər,  elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında  məlumatlar da saytda əks etdirilməyib.

8.    Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilər də təqdim edilməyən informasiyalardandır.

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumata rast gəlinmir.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında yalnız qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları  barədə məlumatlar verilir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə  və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilər isə yoxdur.

11.    Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda öz əksini tapmayıb.  

12.    Saytın texniki imkanları yaxşı səviyyədədir. Burada onlayn müraciət imkanı təqdim edilsə də abunə imkanı yoxdur.  

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV