Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Sevindirici haldır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az ünvanlı İnternet saytı əvvəlki illərdən fərqli olaraq artıq daha iddialı resurslar sırasında yer almaqdadır. Saytın üzərində diqqətin olması və onun operativlik məsələlərində heç də geridə qalmadığı özünü açıq şəkildə büruzə verməkdədir. Bu, məsələnin sevindirici kəsimidir. Ancaq bu resursun hələ də təkmilləşdirilməsinə gərək qalmaqdadır. Əlbəttə, təkmilləşdirmə onun texniki imkanları ilə bağlı deyil, bilgi tərkibinin zənginləşdirilməsi ilə bağlıdır. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1.    Qurum ilə bağlı informasiyalar gərəkdiyi səviyyədə təqdim edildiyindən əlavə bir şərhə ehtiyac yoxdur.

2.    Ziyarətçilərin qurumu ilə əlaqə saxlaması üçün  təqdim edilmiş imkanlar sırasına  quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat, qurumun ünvanının marşrut və sxemi və oraya gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilərin də əlavə edilməsi tövsiyə olunur.

3.    Qurumun strukturu barədə bilgilər də tam və dolğun şəkildə təqdim edilir və heç bir tövsiyə olunmur.  

4.    Rəhbər və rəhbər işçilər  onlara əks əlaqə baxımından rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan  barədə bilgilər təqdim edildiyindən əlavə bir bilgiyə ehtiyac duyulmur.  

5.    Qurumun cari fəaliyyəti haqqında qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin təqdim edilməsi yaxşı olardı.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilərin təqdim edilməsi gərəklidir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar da tam və dolğun şəkildə təqdim edildiyindən əlavə bir şərhə ehtiyac duyulmur.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə təqdim edilmiş bilgilərlə bərabər həmçinin işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin də təqdim edilməsi yaxşı olardı.  

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi şəffaflıq baxımından yaxşı olardı.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də bilgilər yetərli sayılacaq qədərdir.

11.    Yaxşı olardı ki, tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilər saytda əks etdirilsin.

12.    Eyni tövsiyə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərə də aiddir.

13.    Saytın texniki imkanları qaydasındadır. Və təbii ki, əlavə bir tövsiyəyə gərək duyulmur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV