Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az ünvanlı İnternet saytı əvvəlki illərlə müqayisədə xeyli irəli gedə bilib. Saytın tərtibatından tutmuş onun funksionallığı və operativliyinə qədər hər şey ciddi şəkildə inkişaf edib. Sayt istifadəsi rahat, zəngin və dolğun bir resurs təsiri bağışlayır. Özəlliklə də e-xidmətlərin ayrıca blok halında təqdim edilməsi diqqət çəkən məqamlar arasındadır. Bununla belə, bəzi bölmələr üzrə heç bir bilginin verilməməsi də nəzərdən qaçmır. Örnək üçün, işçilərin əmək haqları, tender və yarışmalar, büdcə bilgilər yerli-dibli yoxdur. Ümumiyyətlə isə sayt aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı informasiyalar (qurumun tarixi, rəhbərləri haqqında və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə) tam və ətraflı şəkildə təqdim edilir.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri və mümkün olan bütün e-poçt ünvanları ətraflı şəkildə təqdim edilir. Lakin qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat  barədə bilgilər yoxdur.

3.    Qurumun strukturu haqqında bütün bilgilər (qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri) tam şəkildə təqdim edilir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan haqqında bilgilər dolğun və yetərli qədərdir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya və quruma aid olan hər cür başqa cari informasiyalar saytda yer almışdır. Burada çatışmayan  qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr  barədə bilgilərdir.

6.    Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər əks etdirilmir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları  barədə bilgilər tam şəkildə saytda yer alıb.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi və işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilir. Lakin işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə isə heç bir bilgiyə rast gəlinmir.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilər isə yoxdur.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilməsi gərəkli olan bütün informasiyalar verilir. Həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, həm dövlət qurumunda vətəndaşların qəbul qaydaları həm də  qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər ətraflı şəkildə təqdim edilir.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilər təqdim edilməyən bilgilər sırasındadır.

12.    Növbəti təqdim edilməyən bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərdir. Məsələn: qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv.

13.    Sayt texniki imkanlar baxımından yüksək səviyyədədir. Və burada həm onlayn müraciət forması həm də abunə imkanı təklif edilir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV