Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin www.dtxk.gov.az ünvanlı İnternet saytı, icmalda da ayrıca vurğuladığımız kimi, heç də arzu olunan səviyyədə deyil. Bu saytın üzərində ciddi iş getməli və onun ümumiyyətlə yenidən qurulması məqsədəuyğun olardı. Burada söhbət, əlbəttə ki, saytın funksionallığının artırılmasından gedir. Hiss edilir ki, bu sayt bir neçə il öncə qurulduqdan sonra sadəcə tərkibinin yenilənməsi həyata keçirilib. Onun çağdaş texnoloji tələblər səviyyəsinə qaldırılması üçünsə heç bir addım atılmayıb. Ona görə də düşünürük ki, saytın yenidən qurulmasını təklif etməklə bərabər onun təkmilləşdirilməsi üçün də aşağıda bəzi tövsiyələrimizi təqdim edək:
1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalarla bərabər qurumun daha öncəki rəhbərləri haqqında bilgilər verilməsi və həmçinin rəhbərlər haqqında verilmiş bilgilərin də dolğun hala gətirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanlar (qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat) təqdim edildiyindən əlavə bir tövsiyəyə gərək duyulmur.
3. Qurumun strukturu haqqında təqdim edilmiş bilgilərlə yanaşı struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların da əlavə edilməsi yaxşı olardı.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə üçün təqdim edilmiş əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlarla bərabər struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar və quruma aid olan informasiyaların daha çevik və ayrıntılı hala gətirilməsinə və qurumdaxili əmr və qərarların, bu cür aktların reyestrinin, qurumun həyata keçirdiyi proqram və layihələrin də təqdim edilməsinə zərurət var.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə məlumatların verilməsi lazımdır.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyaların əks etdirilməsi tövsiyə olunur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında verilmiş dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi haqqında bilgilərlə bərabər dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları və işə qəbulla bağlı komissiyalar haqqında bilgilərin verilməsinə gərək var.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədəməlumatlar saytda yer alsın.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi,; dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin ayrıntılı şəkildə əks etdirilməsi zəruridir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə məlumatların təqdim edilməsi tövsiyələr sırasındadır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərin təqdim edilməsi lazımlıdır.
13. Saytın texniki imkanları arzu olunan səviyyədə olmadığı üçün onun, ümumiyyətlə, yenidən qurulması məqsədəuyğun olardı.