Azərbaycan Respublikası Xocavənd Rayon İcra Hakimiyyəti www.xocavend-ih.gov.az domen adlı İnternet resursu icmaldan da göründüyü kimi zəngin resurslar sırasındadır. Lakin təbi ki, çatışmazlıqlar da az deyil. Saytın texniki imkanlarının yüksək olduğunu və sayta nəzarətin yaxşı olduğunu nəzərə alsaq bu çatışmazlıqları aradan qaldırmağın da asan olduğunu görərik. Bunun üçün də aşağıdakı bəndlər üzrə öz tövsiyələrimizi bildiririk.
1. Rayon haqqındakı bilgilər normal sayılsa da bu bilgilərin daha da ətraflı təqdim edilməsi yaxşı olardı. Qurum haqqında isə təqdim edilmiş bilgilərlə yanaşı quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin də əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından ümumi bilgilərlə yanaşı quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi gərəklidir.
3. Qurumun strukturu haqqında təqdim edilməsi gərəkli olan bilgilər struktur haqqında sözlü bilgilər struktur bölmələrinin səlahiyyət çərçivələri, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında və bələdiyyələr haqqında məlumatlardır
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə üçün əks etdirilmiş məlumatlar sırasına struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin və rayondan seçilmiş millət vəkili haqqında məlumatın daxil edilməsi zəruri haldır.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş informasiyaların tarixlərinin qeyd edilməsi və qurumun həyata keçirdiyi proqram və layihələr, qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqına bilgilərin təqdim edilməsi tövsiyə olunur.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında bilgilər təqdim edilsin.
7. Qurumun təklif etməli olduğu xidmətlər barədə verilmiş yeganə məlumat olan onlayn müraciət etmək imkanı ilə bərabər qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydalar haqqında olan məlumatların da verilməsi lazımlıdır
8. Boş iş yerləri və işə qəbulla bağlı yalnız bir məlumat verilir hansı ki, burada qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgilər də təqdim edilməlidir
9. Ən azından qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgilərin daxil edilməsi yaxşı olardı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər ətraflı şəkildə təqdim edilməlidir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
12. Saytın texniki imkanları yüksək səviyyədə olduğundan əlavə bircə tövsiyə var. O da abunə imkanının təqdim edilməsidir.