Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Xocavənd Rayon İcra Hakimiyyəti www.xocavend-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Xocavənd Rayon İcra Hakimiyyəti  www.xocavend-ih.gov.az domen adlı İnternet resursu bu günədək monitorinq etdiyimiz ən zəngin resurslardandır demək olar. Sayta daxil olan andan etibarən saytın məlumat zənginliyi və sayta nəzarət diqqəti cəlb edir. Burda hətta digər resursların heç birində olmayan ümummilli lider, sosial-iqtisadi inkişaf, Xocalı soyqırımı, 31 mart soyqırımı, Dağlıq Qarabağ münaqişəsi və s. kimi əlavə məlumatlarda təqdim edilir. Lakin bunlarla yanaşı təqdim edilməsi gərəkli olan informasiyalardan olmayanlar da var. Məsələn ümumi dövlət büdcəsinin icra hakimiyyətinə aid hissəsi və onun icrası, qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiya, sahə işçilərinin əmək haqları, tender və yarışmaların keçirilməsi ilə bağlı məlumatlar isə tamamilə təqdim edilmir. Ümumilikdə isə, sayt aşağıdakı kimidir.  

1.    Rayon haqqındakı bilgilər və rayonun xəritəsi təqdim edilir. Lakin rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və s. bilgilər kassadır. Qurum haqqında bilgilər isə mükəmməl şəkildə təqdim edilir. Burada çatışmayan yalnız quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərdir

2.    Ziyarətçilərin əks əlaqəsi üçün ümumi imkanlar tam və dolğun şəkildədir. Qurumun ünvanı, indeksi, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilir. Ancaq quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərə rast gəlinmir.

3.    Qurumun strukturunun sxemi, qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri və bəzi struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar təqdim edilir.  Qurumun strukturu haqqında sözlü bilgilər struktur bölmələrinin səlahiyyət çərçivələri, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında və bələdiyyələr haqqında məlumatlar isə yoxdur.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin bioqrafiyası, rəhbər və  ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları əks əlaqə imkanı, qurum ilə əks əlaqə üçün ümumi imkanlar və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında qanunlar barədə bilgilər əks etdirilir. Çatışmayan yalnız struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanıdır.

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyalar normal sayıla bilər sadəcə təqdim edilmiş informasiyanın tarixi qeyd edilmir. Ancaq informasiyanı oxuduqdan sonra müəyyən etmək mümkündür ki, bu hansı tarixə aid informasiyadır.  Həmçinin qurumun həyata keçirdiyi proqram və layihələr, qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqına bilgilər də saytda əks etdirilməyib.  

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi verilmir.   

7.    Qurumun təklif etməli olduğu xidmətlər barədə isə yalnız onlayn müraciət etmək imkanı verilir. Qalan bütün məlumatlar (qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları) isə təqdim edilmir.

8.    Boş iş yerləri və işə qəbulla bağlı da yalnız bir məlumat təqdim edilir ki, o da qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlardır. Qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgilər isə təqdim edilmir.  

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat saytda əks etdirilmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumda və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər yoxdur. Burada yalnız qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında natamam bilgilər əks etdirilir.  

11.    Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda öz əksini tapmayıb.  

12.    Saytın texniki imkanları yüksək səviyyədədir. Yalnız abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV