Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.azstat.org ünvanlı İnternet saytı, icmaldan da anlaşıldığı kimi, sahə bilgiləri ilə zəngin olsa da bir sıra bölmələr üzrə bilgilərin çatışmazlığı baxımından da diqqəti çəkir. Saytın çatışmazlıqlarını aradan qaldırmaq üçün imkanlar da yox deyildir. Bu baxımdan onun təkmilləşdirilməsini və bütün bölmələr üzrə bilgilərlə zənginləşdirilməsini mümkün sayırıq. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı təqdim edilmiş bilgilərlə yanaşı rəhbərlər haqqında bilgiləri tam olaraq təqdim etmək, yəni daha öncəki rəhbərlər haqqında da bilgi vermək lazımdır.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatların saytda yer alması zəruridir.
3. Qurumun strukturu barədə isə digər məlumatlarla yanaşı struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında olan məlumatların da verilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından bütün bilgilər ətraflı şəkildə təqdim edildiyindən əlavə bir tövsiyəyə gərək duyulmur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar sırasına qurumdaxili əmr və qərarlar, onların reyestri barədə məlumatların da əlavə edilməsi lazımlıdır.
6. Tövsiyə olunur ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumatlar saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bütün bilgilər təqdim edilir. Lakin bu bilgilərin sırasına qaynar xətt telefon nömrəsinin də əlavə edilməsi zəruridir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi haqqında bilgilərlə yanaşı işə qəbulla bağlı komissiyalar haqqında da bilgi verilməsi tövsiyə olunur.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə məlumatlar təqdim edilsin.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə əks etdirilmiş olan vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında olan bilgilər sırasına dövlət qulluqçusunun etika qaydaları məcəlləsini əlavə edilməsi faydalı olardı.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilər də təqdim edilməsi lazımlı olan bilgilərdəndir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxivin verilməsi tövsiyələr sırasındadır.
13. Saytın texniki imkanları sırasına abunə və əks əlaqə üçün onlayn formanın əlavə edilməsi gərəklidir.