Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin www.scwra.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin www.scwra.gov.az ünvanlı İnternet saytı bir çox bölmələr üzrə bilgi çatışmazlığını nəzərə almasaq yaxşı dəyərləndirilə bilərdi. Ancaq təəssüflər olsun ki, özəlliklə də şəffaflıq baxımından gərəkli olan bölmələr üzrə heç bir bilgi verilmir. Bundan başqa, digər bölmələrdə verilən bilgilərin də yetərli olduğunu söyləmək olmaz. Örnək üçün, vətəndaşların qəbulu ilə bağlı bilgilər, yaxud da qurumun struktur rəhbərləri haqqında verilənlər yetərli sayıla bilməz. Əks əlaqə üçün bilgilər də tam sayılsa da vətəndaşların quruma gələ bilməsi üçün sxem və ictimai nəqliyyat barədə bilgi yoxdur. Bu isə əks əlaqənin tam olmasını əngəlləyən amildir. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza və əsasnamə tam şəkildə təqdim edilir. Lakin rəhbərlər haqqında bilgilər yetərli səviyyədə deyil.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri və mümkün olan bütün e-poçt ünvanları) verilir. Lakin qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat  barədə məlumatlar yoxdur.

3.    Qurumun strukturu haqqında qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər təqdim edilir. Yalnız struktur bölmələrinin ünvanları və onların səlahiyyət çərçivələri. haqqında bilgilərə rast gəlinmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından rəhbərin və onun müavinlərinin bioqrafiyaları, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar barədə bilgilər verilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər verilməyib və təqdim edilmiş qurum ilə əks əlaqə üçün ümumi imkanlar barədə bilgilər isə tam deyil.

5.    Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş mətbuat üçün açıqlamalar çox köhnədir. Qurumdaxili əmrlər barədə isə cəmi bir daxili əmr verilib,  həyata keçirilən proqram və layihələr barədə isə tamamilə bilgi yoxdur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumatlar təqdim edilmir.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər barədə qurum tərəfindən təklif edilən əlavə xidmətlər və elektron formada təklif olunan xidmətlər haqqında məlumat yoxdur. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə məlumatlar isə əks etdirilir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında təqdim edilməsi gərəkli olan bilgilərdən (dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi) heç biri yoxdur.  

9.    Sahə işçilərinin əmək haqları barədə də saytda bilgi yoxdur.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə yalnız qurumun rəhbərinin qəbul günləri və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər verilib. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında olan bilgilər isə əks etdirilmir.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilərə (qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları) də saytda rast gəlinmir.  

12.    Təəssüf ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də bilgilər verilmir

13.    Satın texniki imkanları sırasında abunə imkanı təklif edilmir və saytın istifadə rahatlığı da yüksək səviyyədə deyil.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV