Friday 26th April 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası İsmayıllı Rayon İcra Hakimiyyəti www.ismayilli-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası İsmayıllı Rayon İcra Hakimiyyəti www.ismayilli-ih.gov.az  domen adlı İnternet resursunda bəzi məlumatların zənginliyi ilə yanaşı gərəkli məlumatların da təqdim edilməsinə ehtiyac var. Saytın texniki imkanları yüksəkdir. Sadəcə saytda məlumatlar qarışıq şəkildə yer alır və ən əsası qurumun ünvanı barədə heç bir bilgi əldə etmək mümkün deyil. Onun üçün də aşağıdakı bəndlər üzrə təklif edəcəyimiz tövsiyələrin saytın daha da yaxşı hala gətirilməsi üçün kömək olacağını düşünürük.  

1.    Rayon haqqındakı bilgilər ətraflı şəkildə təqdim edildiyindən əlavə bir tövsiyə söylənilmir. Lakin qurum haqqında quruma daha öncə başçılıq etmiş şəxslər barədə, dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR  qanunu və icra aparatı haqqında bilgilərin isə əks etdirilməsi tövsiyə olunur.

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi baxımından həm ümumi bilgilərin (qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanı), həm də qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi gərəklidir.  
3.    Qurumun strukturunun sxemi ilə yanaşı sözlü bilgilər, qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin əks etdirilməsi zəruridir.   

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilmiş bilgilərlə yanaşı struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında bilgilərin təqdim edilməsinə ehtiyac var.

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyalar normaldır. Təqdim edilmiş informasiyalarla bərabər rayonun ictimai həyatı haqqında, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər haqqında bilgilərin əks etdirilməsi yaxşı olardı.

6.    Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.

7.    Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil etmək mümkündür.

8.    Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin saytda yer alması tövsiyə olunur.  

9.    Sahə işçilərinin əmək haqları barədə məlumatların da verilməsi gərəklidir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgiləri olmaması təəccüb doğurducu haldır. Yaxşı olardı ki, vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, qurumda vətəndaşların qəbul qaydaları və qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər təqdim edilsin.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.

12.    Saytın texniki imkanları sırasına həmçinin abunə imkanının da əlavə edilməsi faydalı olardı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV