Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti www.qaradagh.info domen adlı İnternet resursunun bəzi göstəricilərə görə də olsa fərqli olması sevindirici haldır. Ancaq burada bütün bilgilərin yer alması daha məqsədə uyğun olardı. Elə bu məqsədlə də bəndlər üzrə tövsiyələrimizi aşağıda bildiririk.
1. Rayon haqqında təqdim edilən bilgilər yetərlidir. Qurum haqqında bilgilərə isə quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin əlavə edilməsi ilə yetərli sayıla bilər.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından gərəkli olan qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin saytda yer alması yaxşı olardı.
3. Qurumun strukturu barədə təqdim edilmiş bilgilərdən əlavə həminin strukturun sxeminin və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından demək olar ki, bütün bilgilərin təqdim edilməsinə ehtiyac var. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilərin verilməsi zəruridir.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş bilgilər sırasına rayonun ictimai həyatı haqqında və qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilərin də əlavə edilməsi gərəklidir.
6. Büdcə ilə bağlı məsələlər haqqında bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil etmək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi yaxşı olardı.
9. Ən azından qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə bütün bilgilərin təqdim edilməsi vacibdir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi faydalı olardı.
12. Saytın texniki imkanları normal sayılsa da saytın daha cəld işləməsini təmin etmək və abunə imkanını təqdim etmək məqsədə uyğun olardı.