Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.gov.az domen adlı İnternet saytının monitorinqi İCMAL

posted by

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.gov.az ünvanlı İnternet saytı, göründüyü kimi, ən iddialı resurslar sırasındadır. Saytda e-xidmətlər tam olaraq təqdim edilməklə bərabər onun funksionallığı və istifadə rahatlığı da diqqətdən qaçmır. Bundan başqa resursun bilgi tərkibi də yetərincə zəngindir. Özəlliklə də demək olar ki, əsas bölmələr üzrə gərəkli bilgilər dolğun şəkildə təqdim edilib. Bu isə saytın daha yüksək dəyərləndirilməsi üçün gərəkli bir amildir. Saytda, başqa saytlardan fərqli olaraq, qurum işçilərinin əmək haqları haqqında da bilgi verilib. Bundan başqa, büdcə bilgiləri də verilib. Yalnız bu bilgilər yetərli sayıla biləcək qədər deyil. Texniki imkanlarına gəlincə, sayt mükəmməldir. Ümumiyyətlə isə sayt aşağıdakı kimi görünür:

1.    Qurum ilə bağlı qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə  təqdim edilir. Burada yalnız qurumun daha öncəki rəhbərləri haqqında bilgi yoxdur.

2.    Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları və qurumun ünvanının marşrut və sxemi barədə bilgilər yetərli şəkildə təqdim edilir. Yeganə çatışmayan bilgi quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədədir.

3.    Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bütün bilgilər ətrafli şəkildə təqdim edilir. Lakin qurumun strukturu barədə sözlü bilgilərə rast gəlinmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımında bütün bilgilər ətraflı şəkiltə təqdim edilir. Burada rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar barədə bütün bilgilərə rast gəlinir.  

5.    Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş ətraflı bilgilər (mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr) eyni sözləri söyləməyə imkan verir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi  və onun icrası barədə təqdim edilən bilgilər isə  köhnədir və həm də yetərsizdir.

7.    Növbəti dolğun şəkildə təqdim edilən informasiyalar. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqındadır. Burada qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə bütün bilgilər var.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında olan bilgiləri də tam hesab etmək olar.

9.    Sahə işçilərinin əmək haqları barədə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası  tam şəkildə təqdim edilir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə isə çatışmayan bilgi var. Bu vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları barədə olan bilgilərdir. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər isə əks etdirilir.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı isə tenderlərin keçirilməsi ilə bağlı elanlar  və elanların arxivi barədə bilgilər verilsə də qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilər yoxdur.

12.    Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti və bütün mümkün normativ aktların layihələri (tam mətni) barədə qismən bilgi verilir. Lakin belə layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv isə yoxdur.

13.    Saytın texniki göstəriciləri mükəmməldir və bütün bilgilər təqdim edilir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV