Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az ünvanlı İnternet saytı, artıq icmalda da qeyd etdiyimiz kimi, bir çox göstəricilər baxımından çox ciddi qüsurlarla müşayiət edilməkdədir. Bəzi bölmələr üzrə heç bir bilginin olmaması bir yana, olan bilgilərin də çoxu yetərli sayıla biləcək qədər deyil. Ona görə də bu sayt üzərində çox ciddi iş aparılmasının vacibliyini ayrıca qeyd etmək istərdik. Saytın texniki imkanlarını da nəzərə alaraq onun bir qədər təkmilləşdirilməsinə gərək olduğunu ayrıca qeyd edirik. Əlbəttə ki, bu yanaşmamız heç də ondan xəbər vermir ki, sayt tam olaraq bərbad durumdadır. Əksinə, tövsiyələr yazmaqla onu göstərmək istəyirik ki, saytın təkmilləşdirilməsi üçün imkanlar vardır. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi diqqətə çatdırırıq:
1. Qurum ilə bağlı informasiyalar sırasına qurumun həm indiki, həm də öncəki rəhbərləri haqqında geniş bilgilərin verilməsi lazımdır.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün təqdim edilmiş bilgilərlə bərabər qurumun ünvanının marşrut və sxeminin, həmçinin ora getmək üçün ictimai nəqliyyat barədə bilgilərin sayta əlavə edilməsi tövsiyə olunur.
3. Qurumun strukturu barədə isə qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin əsk etidirlməsi zəruridir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilmiş bilgilərlə bərabər rəhbər işçilər haqqında bioqrafik bilgilərin də əks etirilməsi vacibdir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyaların tam və dolğun şəkildə təqdim edilməsi gərərklidir. Xüsusilə də qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər təqdim edilsin.
7. Quruu tərəfindən təklif edilən xidmətlər haqqında isə qurum tərəfindən təqdim edilən əlavə xidmətlər və qaynar xətt barədə bilgilərin veriməsi və xidmətlərdən istifadə qaydalarının ayrıntılı şəkildə ayrıca təqdim edilməsi tövsiyə olunur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin verilməsi gərəklidir.
9. Sahə işçilərinin əmək haqları barədə bütün bilgilər tam şəkildə verildiyindən heç bir tövsiyəyə gərək yoxdur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin təqdim edilməsi mütləqdir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin verilməsi tövsiyə olunur.
12. Yaxşı olardı ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər saytda əks etirilsin.
13. Saytın texniki imkanlarını bir qədər daha funksional şəklə salmaq lazımdır və abunə imkanının da təklif edilməsi tövsiyə olunur.